"Neftçi" və "Xəzər Lənkəran" cərimələndi

"Neftçi" və "Xəzər Lənkəran" cərimələndi
GÜNDƏM 6 Avqust 2013 / 13:08 3058
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumtına görə, iclasda Topaz Premyer Liqasının I turunun bəzi oyunlarında baş verən hadisələrlə bağlı qərar verilib.

Topaz Premyer Liqasının I turunun “Neftçi” – AZAL matçının 13 və 36-cı dəqiqələrində “Neftçi” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
 
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 36-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun  futbolçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə  futbolçu 3 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Daha çox


Son xəbərlər