"Gefle"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Gefle"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"
GÜNDƏM 2 Avqust 2013 / 00:08 3794
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzan İsveçin "Gefle" klubunun baş məşqçisi Per Olsson matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


"Klassik bir səfər oyunu oldu. Müdafiəçilərimiz yaxşı oynadılar. Çox yüksək keyfiyyətli komanda ilə bərabərə qala bilərdik. Hələ heç nə itirilməyib. Qarşıda cavab oyunu var. Bundan öncə “Anortosis”lə ilk oyundan sonra 3 qol buraxdıq. Ona görə də, həmin oyundakı təcrübəyə əsaslanaraq bugünkü qarşılaşmada ehtiyatlı oyuna üstünlük verdik".

- Oyundan qabaq Reynaldo və Almeydanın oyununu bəyəndiyinizi demişdiniz. İndi hansı futbolçuların çıxışını qeyd edə bilərsiniz?

-  Rəqibin 70 nömrəli futbolçusu da yaxşı təsir bağışladı. Eyni zamanda “Qarabağ”ın yerli futbolçuları da güclüdür.

- Komandaya ancaq ucaboy futbolçuları götürürsünüz?

- Xeyr. Bizdə bəstəboy oyunçular da var.

- “Qarabağ” rəqibi bir neçə epizodda narahat etdi. Bu gün “Qarabağ”ın hücumçuları öz qabliyyətlərini göstərə bilmədi, yoxsa qapıçınız yaxşı oynadı?

- Rəqib futbolçuları azarkeşlərin təsiri nəticəsində hesabı açdı.

- Qorxmursunuz ki, “Qarabağ”ın texnikalı futbolçuları bugünkü oyunda olduğu kimi səfərdə də sizi cəzalandıra bilər?

- Biz rəqibin hər bir hücumuna hazır olacağıq. Ancaq bizim üçün heç də asan olmayacaq.

Daha çox


Son xəbərlər