2013/14 mövsümünə hazırlaşan "Rəvan” klubu daha 1 transfer rəsmiləşdirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Çili əsilli isveçli futbolçu Sebastyan Kastro-Telyo ilə müqavilə bağlayıb. Sloveniya toplanışı çərçivəsində "Rəvan”a qoşulan və oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərən 26 yaşlı isveçli futbolçu ilə 1 illik saziş imzalanıb.
Qeyd edək ki, Kastro-Telyo İsveçin "Hammarbü” klubundan transfer edilib. Bir neçə il öncə yeni gənc tapıntılar üçün təsis olunmuş "Fotbollsgalan" nominasiyasında nominant olmuş Sebastyan İsveçin 21 yaşa qədər futbolçularından ibarət millisində də top qovub. U-21-də o, 11 oyuna 3 qol vurmağa nail olub.
Onu da bildirək ki, "Rəvan” buna qədər 8 rəsmi transfer həyata keçirib. Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun – Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanovun keçidini həll edən komanda bu gün daha erkən saatlarda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə də müqavilə bağlayıb.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi