"İldə 20 milyon dollar pul xərcləyirəm" (VİDEO)

"İldə 20 milyon dollar pul xərcləyirəm" (VİDEO)
GÜNDƏM 30 İyul 2013 / 23:50 4590
-  A +

"Avropa Liqasından çox pis şəkildə ayrıldıq. İdmanda belə şeylər olur”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Palmali” Şirkətlər Qrupunun rəhbəri və “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov ANS TV-yə açıqlamasında deyib.

Qeyd edək ki, cənub təmsilçisinin Avroliqanın II təsnifat mərhələsində “Makkabi” (Hayfa) klubuna 0:8 hesabı ilə uduzmasından sonra azarkeşlər baş məşqçi ilə yanaşı, klub rəhbərliyinə də etrazını bildiriblər.

M.Mənsimov açıqlamasında baş verənlərə münasibət bildirib: “Bütün azarkeşləri başa düşürəm. Ancaq onlar da bilsinlər ki, burada ən çox üzülən mənəm. İldə 20 milyon dollar xərcləyirəm, öz pulumla da utancverici məğlubiyyətlə uduzuram. Komandanın rəhbərliyi və məşqçiləri bunlardan nəticə çıxaracaq. Kimin qalıb, kimin gedəcəyinə onlar qərar verəcəklər”.


Daha çox


Son xəbərlər