Xəbər verdiyimiz kimi, Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Gefle” İsveç çempionatının 17-ci turunda “Malmö” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. “Qarabağ”ın köməkçi məşqçisi Elçin Rəhmanov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da oyunu izləyənlər arasında olub.
Qol.Az saytına açıqlamasında N.İbrahimov İsveç səfərindən və rəqib komanda haqqında təssüratlarından danışıb. Bildirib ki, “Gefle” gözləniləndən də güclüdür: “İlk oyunla bağlı klub rəhbərliyi ilə görüşlər keçirdim. Rəqibin oyununu əsasən məşqçimiz Elçin Rəhmanov analiz etdi. Ancaq onu deyə bilərəm ki, “Gefle” oyunu ilə “Anortosis” üzərində 4:0 hesablı qələbənin təsadüfi olmadığını göstərdi. İsveç çempionatında ikinci yerdə olan bir komandanı 2:0 hesabı ilə məğlub etdilər. “Gefle”nin İsveç çempionatında yaxşı pillələrdə olmadığı üçün onu zəif adlandıranların fikri məntiqsizdir. Çünki “Malmö” kimi komandanı sözün hər mənasında “yıxdı-sürüdü”. Hiss olunurdu ki, rəqib komanda yaxşı ab-havadadır. Özlərinə inam hiss var idi. Peşəkarcasına oynayan bir komandadır. Meydanda 90 dəqiqə ərzində dayanmadılar”.
N.İbrahimov azarkeşlərə də səslənərək onları “Qarabağ”a dəstək olmağa çağırıb: “Gefle” ilə ev oyununda bizə güclü azarkeş qüvvəsi lazımdır. Çünki rəqibimiz güclü komandadır. Çılğın azarkəşləri var. 90 dəqiqə komandalarını dəstəklədilər. Onlar “Anortosis”lə oyunda göstəriblər ki, istənilən nəticəni əldə edə bilərlər. Biz də azarkeşlərimizin dəstəyi ilə onlara öz gücümüzü göstərib növbəti mərhələyə keçməliyik”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi