"Qarabağ" - "Gefle" oyununun biletləri satışda

"Qarabağ" - "Gefle" oyununun biletləri satışda
GÜNDƏM 30 İyul 2013 / 13:41 3474
-  A +

Avroliqanın III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Gefle” oyunu üçün biletlər artıq satışdadır.

Qol.Az-ın məlumatına görə, artıq biletlərin qiyməti də müəyyənləşib.

C və D VİP sektoruna olan biletlərin qiyməti 20 manatdır. A və B sektorlarının biletləri satışa çıxarılmayıb. Qalan bütün sektorların qiyməti 1 manatdır. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında yerləşən kassalardan əldə etmək olar.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gefle" oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər