- Bu gün qarşılaşacağınız “Simurq” haqda nə deyə bilərsən?
- Bilirəm ki, “Simurq” çox güclü komandadır. Yaxşı futbolçuları var. Komandanın müdafiə və yarımmüdafiə xətti daha güclüdür. Bir sözlə, bizi bu gün çox ciddi sınaq gözləyir. Çünki rəqibimiz meydana yalnız qələbə qazanmaq üçün çıxacaq ki, bu da bizim işimizi xeyli çətinləşdirəcək.
- Rəqibin oyununu izləmisən?
- Yox. “Simurq”un oyununa baxmamışam. Baş məşqçimiz rəqibin oyununa tamaşa edib və bütün lazımı informasiyanı bizə o verib.
- Baş məşqçiniz oyundan qabaq çox bədbin danışır. Onun sözündən belə başa düşmək olar ki, bu gün “Simurq” asanlıqla qələbə qazanacaq.
- Mən bu haqda heç nə deyə bilmərəm. Çünki o baş məşqçidir, mən isə futbolçu. Onun fikrinə şərh verməyə ixtiyarım yoxdur.
- Hər halda bizə də maraqlıdır ki, o niyə belə düşünür? Məgər “Bney İequda” belə zəifdir?
- Bilirsiz necədi, hazırda bizim heyətimiz bir qədər zəifləyib. Mövsüm başa çatdıqdan sonra bir neçə aparıcı futbolçu komandanı tərk etdi. Onların gedişləri isə sığortalanmadı. Təcrübəli futbolçuların əvəzinə komandaya əsasən 18-19 yaşlı gənclər cəlb olunub.
- Ümumuiyyətlə, Avroliqada komandanızın qarşısına hansı məqsəd qoyulub?
- Qarşımıza məqsəd qoyulmayıb. Onsuz da biz bu turnirdə ciddi uğur qazanmaq gücündə deyilik. Reallıqla yanaşmaq lazımdır. Biz nəinki kuboku qazanmaq, heç qrup mərhələsinə düşmək gücündə deyilik.
- İstənilən halda mən sizin danışdıqlarınıza inanmıram...
- Sabah özünüz hər şeyi görəcəksiniz.
- Bu gün İsrail FİFA reytinqində Azərbaycanı 125 pillə qabaqlayır...
- Amma bizim milli komandada heç bir futbolçumuz oynamır.
- “Simurq”un da 3 futbolçusu milliyə cəlb olunur ki, onlardan da heç biri meydana çıxmır.
- Amma bizdən heç bir oyunçu belə milliyə dəvət almır.
- Axı oyundan qabaq baş məşqçinin, kapitanın bu qədər iddiasız, həvəssiz, bədbin olmasını anlamaq olmur.
- Bilirəm, siz taktiki gedişə işarə vurursunuz. Amma inanın ki, belə bir şey yoxdur. Mən yalnız olanı deyirəm. Yenə deyirəm, hər şeyə real yanaşmaq lazımdır. Biz bu gün “Simurq”u məğlub etmək gücündə deyilik.
- Kapitan kimi komandanı oyuna hazır sayırsan?
- Hə, biz tam olaraq oyuna hazırıq. Meydana çıxıb, gözəl oyun sərgiləməyə çalışacağıq.
- Bugünkü oyunda sizi hansı nəticə qane edəcək?
- Bunu dəqiq bilmirəm.
- Məsəlçün 0:1 hesablı məğlubiyyətə necə baxırsan?
- Normaldı.
- Bəs 0:5?
- Yox, yox. Daha o qədər də yox.
- Birdən siz qalib gəlsəniz, onda necə olacaq?
- Heç nə. Nə ola bilər ki?
- O zaman nə deyəcəksiniz?
- Heç nə. Deyəcəyik ki, oyun çox yaxşı keçdi.
İbrahim CƏFƏROV
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"