Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun I köməkçisi Vaqif Sadıqov Qol.Az-a müsahibə verib
- Vaqif müəllim, öncə istərdik millinin yeni açıqlanan heyəti ilə bağlı fikirlərinizi bildirərdiniz.
- Gəlin belə danışaq da. Baş məşqçinin səlahiyyətində olan sualları mənə verməyin. Mən sadəcə köməkçiyəm. Siyahını Berti Foqts açıqlayır. Mən onun açıqladığı siyahıya fikir bildirə bilmərəm. Bu etik cəhətdən də düzgün çıxmır, peşəkarlıq baxımından da.
- Amma bizim üçün çox maraqlıdır ki, cari mövsümü iddiasız “Karvan”da keçirən Ernani Pereyra ilə, milliyə çağrılıb ehtiyatda saxlanılan 35 yaşlı Sergey Sokolov hansı məntiqə görə siyahıya salınıblar.
- Bilirsiniz, bunlar hamısı Foqtsa ünvanlanmalı suallardır. Siyahını o hazırlayıb və əgər belə məsləhət bilibsə, demək, ən düzgün seçim də elə budur.
- Hər halda siz onun köməkçisi kimi müəyyən məsləhətlərinizi verməmiş olmazsınız.
- Açığını deyim ki, son siyahı hələ mənim milliyə təyinatımdan əvvəl hazırlanmışdı. Bununla belə, orada müəyyən dəyişikliklər ola bilər. Məsələn, kimsə zədələnsə, özünü pis hiss eləsə, həmin futbolçunu başqası əvəz edə bilər. Ümumilikdə isə, qlobal dəyişikliklər gözlənilmir.
- Səbəb nə ola bilər sizcə? Hər halda Foqtsla son söhbətiniz zamanı yəqin ki, heyətlə bağlı da danışığınız olub.
- Mən də eyni sualı baş məşqçiyə ünvanladım ki, heyətdə dəyişikliklər ola bilərmi? O cavabında buna ehtiyac olmadığını bildirdi. Foqts çox peşəkar məşqçidir və işini yaxşı bilir. İlk baxışda kənardan elə görünə bilər ki, Pereyra yaxud, Sokolov niyə milliyə cəlb olunublar. Amma almaniyalı məsələyə elə peşəkar şəkildə aydınlıq gətirdi ki, görürsən ki, həqiqətən də onunla razılaşmamaq mümkün deyil. Məsələn, Foqts deyir ki, uzun müddətdir eyni futbolçularla işləyir, onlara görə sistem qurub, həmin oyunçuları tanıyır. Birdən-birə həmin sistemi yeniləyib, heyətdə nəzərəçarpacaq dəyişikliklərə gərək yoxdur və bu, milli komandanın inkişafına təkan verməyəcək. Çünki yeni dəvət olunan futbolçunun milliyə uyğunlaşması üçün zamana ehtiyac var. Həmin zaman isə bu dəqiqə yoxdur. Amma müəyyən dəyişikliklər ola bilər. Bir sözlə hazırda mövcüd olan sistemi dəyişmək çox çətin olardı.
- Yəni Almaniya ilə oyun öncəsi heyətdə yeni futbolçuların adlarına rast gələ bilərik?
- Mümkündür. Artıq avrokubok həyəcanı başlayıb və bizim klublarımız da mübarizəyə qoşulurlar. Əvvəlcədən də məlum olduğu kimi mən komandalarımızın ev, Foqts isə səfər matçlarını izləyəcək. Baş məşqçi dedi ki, ola bilsin kimsə avrokubok oyunlarında əlahəddə bir oyunu, bacarığı ilə yadda qalsın və həmin oyunçu millinin düşərgəsinə cəlb edilsin. Amma yenə deyirəm, Foqts heyətdə böyük dəyişiklliklər etmək istəmir. O, indiyə kimi güvəndiyi futbolçularla Almaniya matçına hazırlaşmaq istəyir. Çünki indiki milli üzvlərinin bacarığına bələddir, futbolçular da baş məşqçinin oyun fəlsəfəsini götürüblər
- Millimiz ayın sonu təlim-məşq toplanışı keçmək üçün İsveçrəyə yola düşəcək. Amma ortada bir məsələ var. Əgər klublarımız növbəti mərhələyə vəsiqə qazanarlarsa, o zaman həmin klublar öz futbolçularını millinin toplanışına buraxmayacaqlar.
- Bu məsələ dəqiqləşib və heç bir problem yaşanmayacaq. Əgər dediyiniz hal baş verərsə, futbolçular klublarının düşərgəsində qalacaqlar. Təki bizim klublarımız Avropada bir neçə mərhələ keçsinlər və sübut eləsinlər ki, Azərbaycan futbolu inkişafdadır. Bunu hamımız arzulayırıq. Elə Foqtsun da fikri belədir ki, klublarımız Avropada mərhələ keçsələr, futbolçular klublarının düşərgəsində qalmalıdırlar.
- Bəs onların hazırlığına nəzarət necə olacaq?
- Təbii ki, klubların düşərgəsində olsalar da, heç kim diqqətdən kənarda qalmayacaq. Qeyd etdiyim kimi, mən klublarımızın ev, Foqts isə səfər oyunlarını izləyəcək. Odur ki, bütün futbolçular bizim nəzarətimizdə olacaqlar.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"