Quus Hiddink istefa verdi

Quus Hiddink istefa verdi
GÜNDƏM 23 İyul 2013 / 00:26 3163
-  A +

Rusiya Premyer Liqası klublarından olan "Anji"nin baş məşqçisi Quus Hiddink sürpriz bir qərarla istefa verib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssisin təklifi Mahaçqala rəhbərliyi tərəfindən qəbul edilib.

Hiddinq istefa etməsinə səbəb olaraq bunları deyib: "Mənim üçün çətin bir qərar idi. Amma hər zaman vəzifəmin klubu daha da yaxşılaşdırmaq və sonradan ayrılmaq olduğunu söyləyirdim. "Anji"nin parlaq bir gələcəyə sahib olduğunu düşünürəm".

Artıq "Anji"nin yeni çalışdırıcısının adı da məlumdur. Belə ki, klubun rəsmi saytı hollandiyalı baş məşqçi Rene Meulenstinin yeni baş məşqçi olduğunu rəsmən açıqlayıb.

Daha çox


Son xəbərlər
22.09.25  09:00

"Kopenhagen" xal itirdi

21.09.25  17:38

Mbappe Anrini keçdi