Səhhətindəki problemlər səbəbindən "Barselona"nın baş məşqçi postundan ayrılan Tito Vilanova bir vida məktubu yazıb.
Qol.Az-ın məlumatına görə, məktubda hər kəsə təşəkkürünü bildirən Vilanova sonda "Barselona"nı çalışdıracaq yeni baş məşqçiyə də uğurlar arzulayıb:
Məktubda deyilir: "Hər kəsə və "Barselona"ya təşəkkür edirəm. Beş möhtəşəm ilin ardından komandanı çalışdırdım və "Barsa"nın bir parçası oldum. Ancaq bir il öncə peşəkar həyatımda dəyişikliklərə səbəb olacaq xəstəliklə üzləşdim. Mən bir çox gözəl anlarımı komandam və futbolçularımla paylaşdım. Mənə verilən hər şey üçün sonsuza qədər minnətdar olacağam.
Bununla belə, həm komandada, həm də şəxsən mənə dəsyətini heç vaxt əsirgəməyən klubun idman direktoru Andoni Zubizarettaya təşəkkür etmək istəyirəm. Yenə klub üzvlərinə, azarkeşlərə və son bir neçə ayda mənə dəstək olan hər kəsə minnətdaram. Bunlar mənim üçün çətin anlardır. Mətbuatdan da anlayış gözləyirəm və ailəmlə bərabər rahatlıq və gizlilik istəyirəm. Dünyanın ən yaxşı komandasının məndən sonrakı baş məşqçisinə də uğurlar arzulamadan bu məktubu bitirə bilmərəm. Bir daha hər kəsə təşəkkür edirəm".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi