Dünya çempionatının biletləri satışa çıxarılır

Dünya çempionatının biletləri satışa çıxarılır
GÜNDƏM 20 İyul 2013 / 10:45 1807
-  A +

Bu gün 2014-cü ildə Braziliyada keçiriləcək dünya kubokunun biletləri satışa çıxarılır.

Qol.Az-ın məlumatına görə, biletlərin Avropa vaxtı ilə saaat 12:00-da satışa çıxarılmağı gözlənilir.

3 milyondan çox biletin satılacağı turnir üçün 3 fərqi bilet satışı tarixi olacaq. İkinci satışı dekabrın 8-dən 2014-cü il aprelin 1-dək olacaq. Son satış isə aprelin 15-də baş tutacaq.

Turnirə Braziliyadan kənardan gələcək insanlar üçün ən ucuz biletin qiyməti 69  avro olacaq. Braziliyalılar isə qrup matçlarına 11 avro ödəyərək bilet ala biləcəklər.

İyulun 13-də "Marakana" stadionunda baş tutacaq final matçının biletlərinin qiyməti də artıq məlumdur. Belə ki, final matçını izləmək istəyənlər 335-755 avro arası məbləğ ödəyərək bu qarşılaşmaya canlı baxa biləcəklər.

Daha çox


Son xəbərlər