"Piast"ın baş məşqçisi: "Hesab oyuna görə oldu"

"Piast"ın baş məşqçisi: "Hesab oyuna görə oldu"
GÜNDƏM 18 İyul 2013 / 23:42 3359
-  A +

"Oyun istədiyimiz kimi başladı. Ancaq "Qarabağ"ın bəzi texniki cəhətdən üstün olan oyunçuları nəzərə çarpdı. Bu da işimizi çətinləşdirdi. Hesab oyuna görə oldu. Nəticədən razı qaldım".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Piast" klubunun baş məşqçisi Marçin Brosz "Qarabağ"la oyundan (1:2)  sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılandıqlarını qeyd edib: “Qarabağ” klubuna öz təşəkkürümü bildiririk. Bizi hörmətlə qarşıladılar. Heç bir qida problemimiz olmadı. “Qarabağ” da Polşaya gələndə eyni qonaqpərvərliyi biz göstərəcəyik”.

“Qarabağ”ın əvvəlki illərdə Avroliqadakı çıxışları bizim oyunlarımıza təsir edə bilməz. Rəqibin “Visla”ya qalib gəlməyini fikriləşmirik. Bir həftə vaxtımız var. Oyuna ciddi hazırlaşacağıq” – deyə o qeyd edib.

Daha çox


Son xəbərlər
21.09.25  17:38

Mbappe Anrini keçdi