Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşanın "Piast" klubunun Bakıya səfərinin tarixi hələ də dəqiqləşməyib.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun klubun prezidenti Yaroslav Kolodzeyçuk açıqlama verib:
Klub prezidenti paytaxtımıza oyun günündə gələcəklərini də istisna etməyib: "İki variantı nəzərdən keçiririk. Ya oyuna iki gün öncədən səfərə çıxıb, yerli iqlimə uyğunlaşmağa çalışmalıyıq, ya da oyun günü səhər gedib, qarşılaşmadan dərhal sonra Polşaya qayıtmalıyıq. Bizim bu variantlardan birini seçməyimiz üçün vaxtımız var".
Y.Kolodzeyçuk Bakıya gec gəlmək istəmələrinin ilk səbəbi kimi paytaxtımızda hərarətin yüksək olmasını göstərib: "İlk növbədə orada futbolçularımız üçün heç də xoş olmayan iqlim mövcuddur. Bakıda temperatur çox yüksəkdi və oyun günü də elə olacaq. Bu, komandamız üçün çox pis təzyiqdir. Bu yaxınlarda mən özüm də işlərimlə əlaqədar Bakıda olmuşdum. Yaxşı oteldə qalmışdım. Fikrimcə, fərqli iqlimdə yaşayan insanlar üçün Azərbaycanda uzun müddət qalmaq çox çətindir. Bu, komandamıza əlavə çətinliklər yaradacaq.
Klub rəsmisi Azərbaycan mətbəxindən də şikayətlənib: "Biz bu məsələ ilə bağlı Polşa yığmasının sabiq baş məşqçisi Leo Beenhakkerlə də söhbət etmişik. Polşa millisi seçmə mərhələ çərçivəsində Azərbaycanla səfər oyunu zamanı bir neçə futbolçusunu məhz yerli mətbəxdən qidalandığı üçün itirmişdi. Həmin futbolçular çox pis olmuşdular, hərarəti qalxmış və onlarda ürək bulantısı baş qaldırmışdı. Sonradan bunun Azərbaycan salatından yedikləri üçün baş verdiyi müəyyən olunmuşdu. Biz də bundan çəkinirik".
Qeyd edək ki, "Qarabağ" - "Piast" oyunu iyulun 18-də, saat 21:00-da keçiriləcək.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi