UEFA Çempionlar Liqasının və Avropa Liqasının III təsnifat mərhələsinin püşkünün vaxtını açıqlayıb.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir iyulun 19-na nəzərdə tutulub.
Həmin gün Bakı vaxtı ilə saat 15:00-da Çempionlar Liqasının, bir saat sonra (saat 16:00-da) Avroliqanın III təsnifat mərhələsinin püşkü atılacaq.
Reqlamentə əsasən ÇL-in bu mərhələsində 20 komanda iştirak edəcək ki, bunlardan 3-cü birbaşa vəsiqə qazanan, qalan 17-si isə II təsnifat mərhələsinin qalibləri olacaq. Avropa Liqasının III təsnifat mərhələsində yer alacaq 58 komandadan 18-i birbaşa vəsiqə qazananlar olacaq ki, qalan 40-ı yerə də II təsnifat mərhələsinin qalibləri yiyələnəcəklər.
Qeyd edək ki, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında "Neftçi", Avropa Liqasında "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edir.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı