"Düşündüyümüz kimi, çətin qarşılaşma alındı. Rəqib sonadək oynadı. Xüsusilə, ilk hissədə 4-5 qol imkanımız oldu. Ona görə də, düşünürəm ki, hesab oyuna görə olmadı. Elə tək Nildonun xeyli qol epizodları var idi".
Qol.Az-ın "Azerisport.com"a istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak "Slima" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
C.Toşak rəqibin fiziki cəhətdən güclü olduğu bildirib: "Ümumilikdə hesabdan razıyam. Ancaq 1:0 hesabı riskli idi. Ona görə də daha çox qol vuracağımızı gözləyirdim. Lakin komanda hələ tam hazır deyil. "Slima" bu gün fiziki cəhətdən güclü komanda olduğunu nümayiş etdirdi. Maraqlıdır ki, qırmızı vərəqəni ancaq yerli futbolçular alır. Bu barədə düşünmək lazımdır".
Uelsli mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları "Makkabi" (Hayfa, İsrail) klubu ilə oyuna da toxunub: "Bizim qarşıda bir həftə vaxtımız var. İlk mərhələyə nisbətən bu dəfə daha yaxşı çıxış etmək istəyirik. Bazar günü İsrailə yola düşəcəyik".
Qeyd edək ki, evdə "Slima"nı 1:0 hesabı ilə məğlub edərək ikinci mərhələyə yüksələn "Xəzər Lənkəran" burada İsrailin "Makkabi" klubu ilə üz-üzə gələcək.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi