Toşak: "Slima" hörmət ediləsi rəqibdir"

Toşak: "Slima" hörmət ediləsi rəqibdir"
GÜNDƏM 11 İyul 2013 / 10:50 2014
-  A +

“Məsuliyyət tələb edən bir matça çıxacağıq. Kimsə rəqibimizi kiçiltmək istəsə də mən belə düşünmürəm. “Slima” hörmət ediləsi rəqibdir və onlar ilk oyunda sona qədər əzmkarlıqla döyüşüb hesabda bərabərlik yaratdılar".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak Avroliqanın I təsnifat mərhələsinin "Slima" ilə cavab oyunu ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Təcrübəli baş məşqçi yalnız bugünkü oyunu düşündüklərini deyib. O, qeyd edib ki, birinci mərhələni keçməmiş "Makkabi" ilə oyunu düşünmək yersizdir: "Mənim adımdan “Mənim üçün əsas rəqib “Makkabi”dir. Görün, onların başına nə oyun açacağam” yazan jurnalisti qınayıram. Bu böyük yalandır. Məni tanıyanlar bilir ki, qarşımdakı rəqib haqqında heç vaxt belə hörmətsiz fikir işlətmərəm. Hazırda ancaq “Slima”nı düşünürük. Bu matç bitsin, ondan sonra başqa rəqib haqqında fikir söyləmək olar. Ən sevindirici məqam zədəli futbolçularımızın artıq sağalıb heyətə qayıtmasıdır.”
 
Qeyd edək ki, Maltada keçirilən "Slima" - "Xəzər Lənkəran" oyunu 1:1 hesabı ilə başa çatmışdı. Cavab oyunu isə bu gün saat 20:00-da baş tutacaq.

Daha çox


Son xəbərlər