"Əlbəttə, bir gün Avropa Liqasında oynamaq mənim böyük arzum idi. Bunu "Mariehamn" klubu ilə yaşamaq istəyirdim ki, buna da Bakıda nail oldum".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Mariehamn" klubunun kapitanı Yani Luski komandasının "İnter"lə oyunöncəsi son məşqi zamanı deyib.
Ölkəsinin mətbuatına danışan finlandiyalı futbolçu Bakıdakı oyunu hər zaman xatırlayacağını bildirib: "Təbii ki, mən İsveçdə Stokholm derbilərində, izdiham dolu oyunlarda forma geyinmişəm. Ancaq "İnter"lə Bakıdakı oyun mənim Avrokuboklarda ilk oyunum oldu və bundan böyük zövq aldım. Bakıda oynamaq çox maraqlı idi. Bu oyunu hər zaman xatırlayacağam".
30 yaşlı futbolçu komandasının növbəti mərhələyə adlamaq üçün gözəl şans əldə etdiyini vurğulayıb: "Bizə güclü rəqib düşüb. Lakin ilk oyundan yaxşı nəticə ilə ayrılmışıq ki, bu da bizə növbəti mərhələyə yüksəlmək üçün gözəl şərait yaradır. "İnter"in böyük potensialı var. Amma biz bugünkü oyunda təşəbbüsü ələ almalıyıq. Bakıdakı oyundan sonra azarkeşlərimiz bizi xoş qarşıladı və bu nəticə münasibətilə təbrik etdilər. Onlar göstərdilər ki, bu Aland futbolu üçün böyük uğurdur. Düşünürəm ki, onlar cavab matçını izləməyə də gələcəklər".
Qeyd edək ki, "Mariehamn" - "İnter" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər