"Əlbəttə, mən də "Neftçi" ilə cavab matçının öz stadionumuzda keçirilməsi üçün əlimizdən gələni edəcəyəm. Bu gün mən azarkeşlərə səslənirəm və deyirəm ki, biz cavab oyununu öz stadionumuzda keçirəcəyik. Arenada oturacaqların sayı da UEFA standartlarına uyğun şəkildə olacaq. Azarkeşlərimiz sakit olsunlar, stadionu hazır vəziyyətə gətirəcəyik. İndi isə "Neftçi" ilə ilk oyuna hazırlaşmalıyıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Skenderbeu" klubunun prezidenti Ardian Takaj deyib.
Albaniya mətbuatına danışan Takaj "Neftçi" ilə oyunda komandasının şanslarını bərabər dəyərləndirib: "Oyuna gəlincə şansları 50/50-yə kimi dəyərləndirərdim. Bu, müəyyən mənada rəqibin bizdən üstün olması deməkdir. Ancaq biz Bakıya yaxşı futbol oynamaq üçün gedəcəyik. Mən rəqibdən ehtiyatlanıram. Onlara qarşı diqqətli oynamalıyıq. Bununla belə, heç kəs narahat olmasın.
Komanda hazırda yaxşı vəziyyətdədir. Bakıdan sərfəli nəticə ilə qayıdacağımıza inanıram. Öz meydanımızda "Neftçi"yə qarşı oynamaq üçün əlverişli şəraitimiz olacaq. Halbuki, rəqib də burada oynamaqdan çəkinir. Biz azarkeşlərimizlə birgə meydanda 12 nəfər olacağıq. Lakin düşünürəm ki, hardasa idman xoşbəxtliyi də bizim tərəfimizdə olmalıdır".
Qeyd edək ki, "Neftçi" - "Skenderbeu" oyunu iyulun 17-də, saat 21:00-da başlayacaq.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi