Balotelli "Real"ın hədəfində

Balotelli "Real"ın hədəfində
GÜNDƏM 8 İyul 2013 / 03:05 2833
-  A +

Madridin “Real” klubu “Milan”ın hücumçusu Mario Balotellini heyətinə qatmaq istəyir.

Qol.Az-ın "Corriere dello Sport" qəzetinə istinadən yaydığı xəbərə  görə, “Real”ın yeni baş məşqçisi Karlo Ançelotti İtaliya millisinin üzvünü komandasında görmək istəyib. Ancaq “Milan” klubu bu təklifə birmənalı şəkildə rədd cavabı verib. “Balotelli satılası futbolu deyil. “Milan”ın önəmli bir planı var. Balotelli də bu plana daxildir. Buna görə də, nə indi, nə də sonra onun satılacağını düşünmürəm.  Balotelli “Milan”da xoşbəxtdir və ayrılmaq fikri yoxdur” – deyə futbolçunun meneceri Mino Raiola bildirib.

Qeyd edək ki, Balotelli “Milan”a “Mançester Siti”dən transfer olunub.

Daha çox


Son xəbərlər