"Monako"dan növbəti transfer

"Monako"dan növbəti transfer
GÜNDƏM 8 İyul 2013 / 00:01 3414
-  A +

Son vaxtlar transfer məsələsində aktivliyi ilə seçilən Fransanın "Monako" klubu daha bir futbolçunu heyətinə qatıb.

Qol.Az-ın məlumatına görə, klub "Malaqa"nın oyunçusu Ceremi Tulalanı transfer edib. Klubun rəsmi saytı məlumat yayıb ki,  29 yaşlı yarımmüdafiəçi ilə 2+1 şərti ilə müqavilə imzalanıb. Transfer qiyməti barədə isə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl "Monako" Ceyms Ronriqes, Juan Moutinyo, Radamel Falkao, Rikardo Karvalyo, Nikolas İsimat-Mirini, Qaetano Monaçellonu heyətinə qatıb.

Daha çox


Son xəbərlər