“Qəbələ” klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- Yeni mövsümə hazırlıqlar necə gedir?
- Hər şey qaydasındadır. Hələlik fiziki məşqlər edirik. Səhərlər əsasən qaçmağa üstünlük veririk. İstrahətdən qayıtdığımız üçün tədricən məşq edib gücümüzü bərpa etməliyik.
- Artıq yeni baş məşqçiniz Yuri Syominlə tanış olmusunuz. Onun haqqında ilk təəssüratın necədir?
- Futbolçularla mülayim davranır. Həm yaxşı mütəxəssis, həm də yaxşı insan təsiri bağışlayır. Baxmayaraq ki, tanınmış bir mütəxəssisdir, çox sadə insandır. Futbolçularla dil tapa bilən məşqçidir. Bu da oyunçularımızı sevindirir. Ona görə də komandada yaxşı ab-hava var. Mənə elə gəlir ki, bütün futbolçular Syomindən razıdır.
- Komandaya cəlb olunan yeni futbolçular haqda nə deyə bilərsən?
- İlk baxışdan görünür ki, yaxşı futbolçulardır. Onların nəyə qadir olduğunu oyunlarda görəcəyik. Hər biri fərdi şəkildə bacarıqlı futbolçulardır. İndi qalır onların komandaya tez bir zamanda uyğunlaşması. Onların gələn mövsümdə bizə faydalı futbolçular olacağını indidən demək olar. Çünki hamısı futbol görmüş, təcrübəli oyunçulardır.
- Yeni baş məşqçi və futbolçularla güclənən “Qəbələ” gələn mövsüm üçün qarşısına hansı məqsədləri qoyub?
- Əlbəttə ki, “Qəbələ” çempionluğa layiq komandadır. Hələlik hədəflər barədə söhbətimiz olmayıb. Ancaq yəqin ki, komandanın qarşısına çempionluq vəzifəsi qoyulacaq. Ötən mövsümdə biz yüksək yerlər uğrunda mübarizə aparırdıq. Ancaq müəyyən səbəblərdən çempionatı gözləmədiyimiz nəticə ilə bitirdik. İnanıram ki, gələn mövsüm ən azı avrokuboklara vəsiqə qazanacağıq. Artıq bu dəfə “Qəbələ” Avropada oynamalıdır.
- Avrokuboklarda iştirak edəcək komandalarımız haqda nə fikirləşirsən?
- Komandalarımıza uğurlar arzulayıram. Məncə, bütün klublarımız ilk mərhələni keçəcək. İnşallah, fikrimdə yanılmaram. Çünki komandalarımız rəqiblərdən bir baş üstündür. Asan oyunlar olmasa da, komandalarımız səviyyə baxımından hərtərəfli rəqiblərini üstələyir. Hər dörd klubumuza azarkeşlik edəcəyəm. Hamısı bizim komandadır.
Ramiq AĞAMƏMMƏDOV
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”