"Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində bu həftədən etibarən gündə iki dəfə məşq edir.
Qol.Az-ın klubun saytına istinadən yaydığ xəbərə görə, bugünkü məşqdə artıq komandanın düşərgəsinə baxışa gələn ukraynalı müdafiəçi Aleksandr Yatsenko da iştirak edib. Kiyev "Dinamo”sunun yetirməsi olan 28 yaşlı müdafiəçi ölkəsinin adlı-sanlı klubunun əsas komandasında cəmi 10 oyun keçirə bilib. O, daha çox Ukraynada "Xarkov”, "Çernomorets” və "İliçevets”də oynaması ilə yadda qalıb. Belarus "Belşina”sının şərəfini qoruyarkən legioner həyatı yaşayan Yatsenkonun son klubu Ukrayna I divizionunda çıxış edən "Qelios” olub.
Aleksandr Ukraynanın demək olar, bütün yaş qrupları üzrə yığma komandalarında oynayıb. 2004-cü ildə U-19-lar arasında Avropa Çempionatında yarımfinalçı olan Yatsenko 1 il sonra FİFA gənclər arasındakı dünya çempionatına qatılıb. 2006-cı il isə onun karyerasının ən yaddaqalan bölümüdür. Belə ki, Saşa əvvəlcə U-21-lər arasındakı Avropa Çempionatında kapitanı olduğu Ukrayna millisi ilə gümüş medal qazanıb. Ardından isə Sergey Fyodrovun zədələnməsindən sonra ölkəsinin əsas millisinin heyətində Almaniyada keçirilən dünya çempionatına aparılıb. Həmin turnirdə meydana çıxmasa da, DÇ həyəcanı yaşamağı çox şeydən xəbər verir.
Qeyd edək ki, dünya birinciliyindən sonra Yatsenko da ovaxtki Ukrayna prezidenti Viktor Yuşşenkodan orden alanlar sırasında olub. Andrey Şevçenko, Andrey Voronin, Oleq Qusev, Artyom Milevski, Sergey Rebrov, Anatoli Timoşuk, Ruslan Rotan, Aleksandr Şovkovski, Dmitri Çiqrinski kimi məşhur futbolçularla birgə, ona da III dərəcəli "Rəşadət ordeni” verilib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”