- Püşkün nəticəsinə əsasən komandanız Avroliqada Azərbaycan çempionatının bürünc mükafatçısı “Simurq”la qarşılaşacaq.
- Elədir, püşkə əsasən “Simurq”la qarşılaşmalı olduq. Bizi qarşıda çox ciddi sınaq gözləyir. Rəqibimiz də çox güclüdür.
- “Simurq” haqda hansı informasiyaya maliksiniz?
- Elə də geniş məlumatım yoxdur. Ümumiyyətlə, demək olar ki, heç nə bilmirəm. Nə futbolçular, nə də məşqçilər haqda.
- Belə daşa düşdüm ki, “Simurq” haqda heç bir təsəvvürünüz yoxdur?
- Həqiqətən də sizin komandamız bizim üçün tamamilə sirlidir.
- Amma yəqin ki, məlumat əldə etməyə çalışacaqsınız?
- Təbii ki. Düzdür, bu bir qədər çətin olacaq. Amma əlaqələrimizi işə salmalıyıq.
- Bəs, Azərbaycan futbolu haqda nə bilirsiniz?
- “Simurq” haqda heç nə bildiyim kimi, fubtolunuz haqda da heç bir məlumatım yoxdur.
- Bu günə qədər Azərbaycan klubları İsrail təmsilçiləri ilə yalnız bir dəfə qarşılaşıb. Həmin vaxt İntertoto kubokuna təsadüf edən mübarizədən Azərbaycan klubu “Qarabağ” qalib ayrılıb.
- Doğurdan?
- Bəli. “Qarabağ” “Makkabi” Təl-Əvivi iki oyunun nəticəsinə görə üstələmişdi.
- Bu haqda da heç nə bilmirdim, maraqlıdır.
- Ümumiyyətlə, necə düşünürsünüz, “Simurq” - “Bney İequda” cütlüyündə favorit hansı komandadır?
- “Simurq” favoritdir. Şanslar 80-n 20-ə sizin komandanızın xeyrinədir.
- Niyə belə düşünürsünüz?
- Ona görə ki, bizim komandamız Avrokuboklarda elə də geniş təcrübəyə malik deyil.
- Sizdən fərqli olaraq, “Simurq” ümumiyyətlə, avrokuboklarda hələ debüt etməyib.
- Bu haqda heç nə bilmirəm. Amma hesab edirəm ki, favorit məhz “Simurq”dur.
- Təsadüfən rəqibinizi arxayınlaşdırmaq fikrində deyilsiniz?
- Yox. Mən öz subyektiv fikrimi deyirəm ki, favorit məhz “Simurq”dur.
- İlk oyunu komandanız səfərdə keçirəcək. Necə düşünürsünüz, bu sizin üçün yaxşı haldır yoxsa əksinə?
- Bunu indi dəqiq demək olmaz. İlk oyundan sonra bu suala dəqiq cavab verə bilərəm.
- Adətən kubok oyunlarında komandalar cavab qarşılaşmasını öz meydanlarında keçirmək istəyirlər. Bu zaman nəticə qazanmaq bir qədər asan olur.
- Orası düzdür. Amma təsəvvür edin ki, biz səfərdə keçirilən ilk oyunda böyükhesabla uduzduq. O zaman artıq cavab qarşılaşması formallığa çevriləcək.
- Çox bədbin danışırsınız. Bu nədən irəli gəlir? Sizin fikrinizcə, “Simurq” həqiqətən də belə güclüdür, yoxsa komandanızda nəsə ciddi problem var?
- Mən olanı deyirəm. Komandamızda problemlər də var. Amma bunları açıqlamaq istəməzdim.
- Ümumiyyətlə, qarşıdakı matçın hazırlığına nə vaxtdan başlamısınız?
- Artıq bir neçə gündür ki, məşq edirik. Yalnız bir yoxlama oyunu keçirəcəyik.
- Bakıya nə vaxt gələcəksiniz?
- İyunun 30-u. Axşam saatlarında.
- Rəqibinizin qarşıdakı matça hazırlığı barədə məlumatınız var?
- Yox. Siz bu haqda mənə məlumat verə bilərsiniz?
- Əlbəttə ki, yox.
- Mən elə belə də bilirdim.
İbrahim CƏFƏROV
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"