Şenol Günəş hansı milli komandadan təklif aldı?
“Trabzonspor” və Türkiyə yığmasının sabiq baş məşqçisi Şenol Günəş Cənubi Koreya milli komandasını çalışdıra bilər.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə o özü “Radiospor”a açıqlamasında deyib. “Milli komandalardan təklif alıram. Bunlardan biri də Cənubi Koreya millisidir. Ancaq hələ qərarımı verməmişəm. Təklifi dəyərləndirirəm” – deyə o qeyd edib.
“Beşiktaş”dan təklif alması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən təcrübəli mütəxəssis bunun doğru olmadığını bildirib: “Hazırda “Beşiktaş”dan heç bir təklig almamışam. Hörmət etdiyim bir klubdur. Amma ortada təklif yoxdursa, bundan danışmağın mənası yoxdur”.