"Neftçi"nin formasını geyinmək məsuliyyətimi artırır"

"Neftçi"nin formasını geyinmək məsuliyyətimi artırır"
GÜNDƏM 17 İyun 2013 / 17:38 2883
-  A +

"Bakıya ilk görüşdən heyran qaldım. Bura gəlməzdən öncə “Neftçi” haqda məlumat toplamışdım. Ardıcıl üç mövsüm çempion olan və Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən klubun formasını geyinmək məsuliyyətimi artırır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Karlos Aleşandre Kardoso klubun rəsmi saytına açıqlamasında deyib.

"Mənə başqa klublardan da təkliflər çox idi. Bu gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm. Onunla söhbətdən sonra bir daha əmin oldum ki, seçimim doğrudur. Ümid edirəm ki, “Neftçi” bu mövsüm də tarix yazacaq və mən də bu tarixin bir parçası olacağam” - deyə Kardoso bildirib.

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu