Messi Maradonanı da geridə qoydu

Messi Maradonanı da geridə qoydu
GÜNDƏM 15 İyun 2013 / 17:21 3169
-  A +

Argentina milli komandasının hücumçusu Lionel Messi dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanı belə geridə qoyub.

Qol.Az-ın məlumatına görə, hücumçu dünən Qvatamela ilə yoldaşlıq görüşündə etdiyi het-triklə millidə vurduğu qollarının sayını 35-ə yüksəldib.
 
Bununla da, Messi Maradonanın 34 qolluq göstəricisini keçərək ümumi siyahıda Krespo ilə birlikdə ikinci pilləyə yerləşib. Uğurunun ardından fikirlərini bölüşən 25 yaşlı oyunçu təvazökarlığını qoruyaraq bunun böyük bir şey olmadığını deyib: "Maradonanı keçmək önəmli deyil. Əsas olan komanda ilə yaxşı münasibət qurmaqdı".

Qeyd edək ki, Argentina millisinin ən çox qol vuran futbolçusu 56 dəfə fərqlənən Qabriel Batistutadır.

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu