Mourinyo: "İndi olmaq istədiyim yerdəyəm"

Mourinyo: "İndi olmaq istədiyim yerdəyəm"
GÜNDƏM 11 İyun 2013 / 00:10 2078
-  A +

"2007-ci ildə "Çelsi"dən qovulduğumla bağlı sözlər deyilirdi. Amma bu doğru deyildi. Qarşılıqlı olaraq verilən qərar idi. Əlbəttə o zaman çox məyus olmuşdum. Amma sonra peşam olmadım. Çünki "İnter"lə Çempionlar Liqasını qazandım. Karyeramın ən yaxşı dönəmini keçirdim. "Real"da olduğum vaxtda bir mövsümdə La Liqada ən çox xal toplayan komanda olduq. "Çelsi" ilə porblemlər olsaydı, bu gün yenidən burda olmazdım".

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Çelsi"nin  baş məşqçisi Joze Mourinyo yeni klubunda keçirdiyi ilk mətbuat konfransında deyib.

London klubuna yenidən qayıtdığı üçün özünü çox xoşbəxt hissə edən portuqaliyalı mütəxəssis deyib: "İlk dəfə keçmişdən sevdiyim bir kluba dönürəm. Hazırda üzərimdə əldə etdiyim uğurlara görə, daha çox təyziq var. Ancaq mən də bunu bilərək bu işi seçdim. Azarkeşlərlə aramızda çox yaxşı münasibət var. Mən bu gündən etibarən etdiklərimlə sevilmək istəyirəm. Hələ də eyni adamam. Ancaq sözsüz ki doqquz ildən sonra bəzi məsələlərə baxış bucağım dəyişib. Bu dəfə də burada daha çox qalmağa hazıram. Çünki olmaq istədiyim yerdəyəm".

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu