"Ronaldo ilə pul məsələsiylə bağlı söhbətimiz olmayıb"

"Ronaldo ilə pul məsələsiylə bağlı söhbətimiz olmayıb"
GÜNDƏM 10 İyun 2013 / 00:02 2317
-  A +

Madridin "Real" klubunun prezidenti Florentino Peres futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə yenidən aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, klub prezidenti "Marca"ya müsahibəsində həm azarkeşlərin, həm də klubun əsas istəyinin hücumçunun uzun illər "Real"da qalması olduğunu deyib:

"Ronaldo da burada qalmaq istəyir. Bu barədə davamlı olaraq Ronaldo ilə danışırıq. Ancaq pul məsələsi ilə bağlı hər hansı bir söhbətimiz olmayıb".

Peres bildirib ki, portuqaliyalı hücumçunu "Barselona"da Messi olduğu üçün istəmirlər: "Ronaldo dünyanın ən yaxşı futbolçusu olduğu üçün onun qalmasını istəyirik. Onsuz da onun bizimlə iki illik müqaviləsi var. Hər kəs onun gedəcəyini düşünə bilər. Ancaq bizim istəyimiz onu daha çox burada saxlamaqdır. Bizim gələcək planlarımız onun ətrafında dönür. Klublar hər zaman böyük oyunçulara bağlıdır. Bir zamanlar komanda Alfredo Di Stefano, daha sonralar Zinəddin Zidanla bağlı oldu. İndi isə Ronaldodur. Dünyanın ən yaxşı oyunçusuna sahib olmaq çox gözəldir".

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu