Karol Peçe ilə ingiliscə danışmağa çalışırdıq. Təcrübəli mütəxəssisin ingilis dilində zəif bilməsi işimizi bir qədər çətinləşdirmişdi. Lakin sonradan məlum oldu ki, Peçe türkcə təmiz danışa bilir. Söhbətə də elə bundan başladıq.
- Türk dilini hardan bilirsiniz?
- Mən 6 il Türkiyə çalışmışam. “Sivasspor”, “Bursaspor” və “Ankaragücü”ndə işləmişəm. Buna görə də türk dilində sərbəst danışıram. Düzdür, artıq 3 ildir ki, oranı tərk etmişəm. Bu səbəbdən də bəzi sözlər yadımdan çıxıb. Ona görə də hansısa sözü başa düşməsəm, üzrlü hesab edin.
- Problem yoxdur. Keçək əsas məsələyə. Püşkatmanın nəticəsinə əsasən Avroliqada rəqibiniz Bakının “İnter” klubu oldu.
- Hə, bəxtimizə “İnter” düşdü. Bununla belə, hesab edirəm ki, bir qədər zəif rəqiblə də qarşılaşa bilərdik. Amma nə etmək olar? Deyirlər, püşkün nəticəsi müzakirə olunmur. Buna görə də “İnter”lə qarşılaşmalıyıq.
- Rəqib haqda nə düşünürsünüz?
- Bilirəm ki, “İnter” çox güclü komandadır. Ötən mövsüm çempion olublar. Bu il isə səhv etmirəmsə, yalnız 1 xallıq fərqlə çempionluğu əldən veriblər. Yaxşı maliyyə imkanları var.
- “İnter” haqda başqa nə bilirsiniz?
- Bəzi futbolçuları haqda məlumatım var. Bilirəm ki, heyətlərində bir çexiyalı futbolçu çıxış edir, bir də latviyalı (Branislav Çervenko və Andrey Rubinsi nəzərdə tutur - İ.C.). Bundan başqa komandada Cənubi Amerikadan olan futbolçular da oynayır. Eyni zamanda qapıçılarının da güclü olduğunu eşitmişəm.
- Ümumiyyətlə, Azərbaycan futbolu haqda nə bilirsiniz?
- Elə də geniş informasiyaya malik deyiləm. Amma bilirəm ki, Azərbaycan klublarının maddi vəziyyəti heç də pis deyil. Buna görə də Azərbaycanda bir çox ölkədən olan legionerlər çıxış edir. Amma təbii ki, bununla kifayətlənmək fikrində deyiləm. Rəqibimiz haqda daha çox məlumat toplamağa çalışırıq.
- Necə düşünürsünüz, “Spartak” - “İnter” duelində favorit hansı komandadır?
- Mən bu qarşıdurmada favorit görmürəm. Şanslar bərabərdir - necə deyərlər, əllinin əlliyə.
- Amma ilk oyunu siz evdə keçirəcəksiniz. Hesab etmirsiniz ki, bu, “İnter” üçün üstünlükdür?
- Düzdür, ilk matçı öz meydanımızda oynayacağıq. Əlbəttə, ilk matçı səfərdə keçirmək daha yaxşı olardı. Buna görə də düşünürəm ki, cavab qarşılaşmasını öz meydanında keçirəcəyindən, “İnter” azacıq üstünlüyə malikdir.
- İlk matçda - öz meydanınızda hansı nəticə sizə qane edəcək?
- Konkret nəticə haqda danışmaq yersiz olardı. Yalnız onu deyə bilərəm ki, çalışacağıq ki, mümkün qədər sərfəli nəticə əldə edək.
- “Spartak” avrokuboklarda bir dəfə Azərbaycan klubu - “Karvan”la qarşılaşıb və mübarizəni dayandırmalı olub...
- Bilirəm, bu haqda məlumatım var. Amma o zaman komandanın başında deyildim. Çalişacağıq ki, bu dəfə nəticə bizim xeyrimizə olsun.
- Siz nə vaxtdan komandaya başçılıq edirsiniz?
- Artıq bir ildir ki, “Spartak”ın baş məşqçisiyəm. Son mövsümdə komanda mənim rəhbərliyim altında üçüncü yeri tutdu.
- “Spartak” kimi siz də bir dəfə avrokuboklarda Azərbaycan klubu ilə qarşılaşmısınız. Amma indiki komandanızdan fərqli olaraq, o vaxt mərhələni məhz siz adlamışdınız.
- Hə, düzdür. Mən Slovakiyanın “Jlina” klubunda çalışarkən “Bakı”yla görüşmüşdük. Düzdür, növbəti mərhələyə adlayan tərəf biz olmuşduq. Amma sizə tam səmimi deyirəm ki, bu, bizə heç də asan başa gəlmədi. İlk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olduq. Yalnız cavab görüşünün son dəqiqələrində vurduğumuz qol sayəsində 3:1 qalib gələrək, mərhələni adladıq.
- Həmin vaxt Bakı xatirinizdə necə qalıb?
- Bakı çox gözəl şəhərdir. Düzdür, o zaman paytaxtınızı çox gəzə bilməmişdim. Amma şəhərin mərkəzində bir qədər gəzdikdən sonra adamda müsbət hisslər yaranır.
- Komandanız Avroliqaya hazırlığa çoxdan başlayıb?
- Təxminən 10 gündür ki, Avstriyada hazırlıq keçirik. İndi də elə yoldayam. Komandamız növbəti yoxlama oyununu keçirəcək bu gün. İndi də məhz həmin qarşılaşmaya yollanırıq.
İbrahim CƏFƏROV
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer
"Qarabağ"da qolları sıralayırdı, indi aylardır ehtiyatda qalıb... - Juninyoya nə olub?
Hamidu Keyta yenidən Azərbaycan klubunda - Rəsmi
"Çelsi"dən 70 milyonluq transfer
"Kayzerslautern" Mahiri təbrik etdi
"Beşiktaş" "Roma"dan futbolçu aldı
"Qarabağ"la "Zalsburq" 11 il sonra yenidən qarşılaşacaq
"Mançester Siti" "Əl-Hilal"a belə uduzdu - Video
Remzinin yeni klubu bəlli oldu
Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?
"Bavariya" iki futbolçu ilə vidalaşdı
Klublararası dünya çempionatında sensasiya
“Zirə”nin rəqibindən qələbə
“İnter” 1/8 finalda uduzdu - Dünya çempionatı
“Qəbələ” təlim-məşq toplanışına start verdi
Beş futbolçu komandanı tərk etdi - Reşford, Asensio...
Aksel Vitsellə bağlı qərar verildi - Rəsmi
"Zirə"də Utziq problemi
"Komanda gözlədiyimizdən yaxşı çıxış etdi" - Rəşad Sadıqov
"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi
"Portu"da yeni baş məşqçi
"Liverpul" milli üzvü ilə müqaviləni yenilədi
"Beşiktaş"da ayrılıq
Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Aspilikueta "Atletiko"dan ayrıldı
"Sabah"ın rəqibi "Everton"un sabiq qapıçısını transfer etdi
Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"
Dünya çempionatı ilə vidalaşdılar, baş məşqçini göndərdilər
"Sabah"dan Sofian Çakla qərarı