Müller: "Bu, mənim Messidən yaxşı olduğumu göstərmir"

Müller: "Bu, mənim Messidən yaxşı olduğumu göstərmir"
GÜNDƏM 7 İyun 2013 / 00:16 2599
-  A +

"Bavariya"nın futbolçusu Tomas Müller Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib.

Qol.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, Müller argentinalı hücumçunun başqa səviyyədə futbol oynadığını deyib.

"Son mövsüm Çempionlar Liqasında bir çox qol vursam da, bu, mənim Messidən yaxşı olduğumu göstərmir. Mən sadəcə komandamın ÇL-i qazanmasında əlimdən gələni etdim. Messi başqa səviyyədə futbolçudur" - deyə Müller argentinalı hücumçunun çox güclü olduğunu bildirib.

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu