“Neftçi” klubunun futbolçusu Julius Vobay komandasından ayrılmaq üzrədir. Qol.Az-ın məlumatına görə, “Neftçi” ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçi komandası ilə müqaviləni yeniləmək fikrində deyil. Onun ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan Kipr “Apoel”inə keçəcəyi gözlənilir.
Qol.Az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov isə hələlik futbolçunun heç bir klubla rəsmi razılığa gəlmədiyini deyib. “Vobay öz ölkəsinə milli komandasının oyununa görə gedib. Hələlik onunla danışıqlarımız davam edir. Vobayın meneceri ilə son danışıqdan sonra onun “Neftçi”də qalıb-qalmayacağı müəyyənləşəcək. İyulun 12-də bu məsələyə tam aydınlıq gələcək”.
Klub rəsmisi çilili hücumçu Nikolas Kanaleslə danışıqların müsbət getdiyini və futbolçunun “Neftçi” ilə yeni müqavilə bağlamaq istədiyini bildirib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı