Dmitri Kramarenko rəsmən "Qəbələ"də

Dmitri Kramarenko rəsmən "Qəbələ"də
GÜNDƏM 6 İyun 2013 / 00:01 3017
-  A +

"Qəbələ" klubu təcrübəli qapıçı Dmitri Kramarenko ilə birillik müqavilə imzalayıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kramarenko komandada oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, zəngin karyeraya malik qapıçı futbolçu həyatı boyunca "Neftçi", "Dinamo" (Moskva), "Torpedo" (Moskva), "Alaniya" (Vladiqafqaz), MOİK (Moskva), "Baltika" (Kalininqrad), "Karvan" (Yevlax), "Terek" (Qroznı), "Xəzər Lənkəran", "İnter" (Bakı) və "Simurq" (Zaqatala) kimi komandalarda top qovub.

Qeyd edək ki, Dimitri Kramarenko 1992-ci ildən 2005-ci ilədək Azərbaycan milli komandasının qapısını qoruyub.

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu