Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubunun turnirdə bütün potensial rəqibləri müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "ağ qaralar"ın artıq hansı səbətdə yer alacağı da dəqiqləşib.
Son Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb ki, bu da təmsilçimizə nisbətən zəif rəqiblə qarşılaşmağa şərait yaradacaq.
Qeyd edək ki, I təsnifat mərhələsində "Streymur" (Farer adaları), “Tre Penne” (San-Marino), “Lusitanos” (Andorra) və “Şirak” (Ermənistan) klubları mübarizə apacaqlar.
Əlavə edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul aralığında, II təsnifat mərhələsinin görüşləri isı 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.
Çempionlar Liqasının II təsnifat mərhələsinin iştirakçı komandaları:
Səpələnmişlər: BATE (Belarus), “Seltik” (Şotlandiya), “Styaua” (Rumıniya), “Viktoriya” (Çexiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Partizan” (Serbiya), “Legiya” (Polşa), “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Slovan” (Slovakiya), “Elfsborq” (İsveç), “Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç), HİK (Finlandiya), “Ekranas” (Litva), “Neftçi” (Azərbaycan), “Dinamo” (Gürcüstan).
Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina), “Hafnarfyordur” (İslandiya), “Qyor” (Macarıstan), TNS (Uels), “Ludoqorets” (Bolqarıstan), “Sliqo Rovers” (İrlandiya), “Şaxtyor” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Birkirkara” (Malta), “Kliftonvill” (Şimali İrlandiya), “Vardar” (Makedoniya), “Dauqava” (Latviya), “Nomme Kalyu” (Estoniya), “Fola” (Lüksemburq), “Sutyeska” (Monteneqro), I təsnifat mərhələsinin 2 qalibi.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı