Rail Məlikov və Pietrzkieviç "Qəbələ"yə keçə bilər

Rail Məlikov və Pietrzkieviç "Qəbələ"yə keçə bilər
GÜNDƏM 24 May 2013 / 18:29 2932
-  A +

Milli komandamızın sabiq üzvü, hazırda Türkiyənin "Dənizlispor" klubunun futbolçusu olan Rail Məlikov gələn mövsümdən "Qəbələ"də oynaya bilər.

Qol.Az saytına açıqlamasında klubun baş meneceri Zaur Əzizov bildirib ki, bu məsələ gündəmdə olsa da, hər şeyə yeni baş məşqçi gəldikdən sonra aydınlıq gələcək: “Hazırda bir neçə transfer planımız var. Ancaq bütün bunlara yeni baş məşqçi Yuri Syomin gələndən sonra aydınlıq gələcək. Syominlə mayın 29-da görüşməyi planlaşdırırıq. Keçidi mümkün olan futbolçuların siyahısını ona təqdim edəcəyik. Yeni baş məşqçinin dediyinə əsasən hərəkət edəcəyik”.

Klub rəsmisi “Simurq”dan ayrılan qapıçı David Pietrzkieviçlə “Qəbələ”nin razılağa gəldiyini deyib: “Pietrzkeviçlə anlaşma olub. İlkn razılığa gəlmişik. Amma bu məsələyə də yeni baş məşqçi gələndən sonra tam aydınlıq gələcək”.

Daha çox


Son xəbərlər