"Yəqin ki, Syomin "Qəbələ"yə Rusiyadan futbolçu gətirəcək"

"Yəqin ki, Syomin "Qəbələ"yə Rusiyadan futbolçu gətirəcək"
GÜNDƏM 20 May 2013 / 17:53 3015
-  A +

“Yuri Syominlə razılıq əldə olunub. Yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq. Müqavilə müddəti bir illik nəzərdə tutulub ”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.

O, hələlik Syominin köməkçilərinin məlum olmadığını deyib. Qeyd edib ki, yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək.

Z.Əzizov yeni gələcək baş məşqçinin Rusiyadan futbolçu gətirmək ehtimalının olduğunu bildirib: “Yəqin ki, tanıdığı futbolçulardan bəzilərini gətirəcək. Amma hələlik bizə bununla bağlı məlumat verməyib. Syominin  mayın 26-da Bakıya gələcəyi gözlənilir. Bundan sonra o məsələləri müzakirə edəcəyik”.

Daha çox


Son xəbərlər