“Bu mənim üçün çox sevindiricidir. Şadam ki, bu komanda ilə birinci ilimdə çempionluğu yaşadım”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin hücumçusu Nikolas Kanales komandasının çempion olması haqqında danışarkən deyib.
Vurduğu 26 qolla Topaz Premyer Liqanın bombardiri olan çilili forvard bu haqda fikirlərini bölüşüb: “Çempionatı bombardir kimi başa vurmaq mənim üçün ikiqat bayramdır.Ancaq əsas qol vurmaq deyil. Əsas odur ki, komandam qələbə qazansın”.
N.Kanales “Xəzər Lənkəran”la kubokun final oyunundan da danışıb: “İki gün istirahət etdikdən sonra oyuna bir həftə qalacaq. Bu vaxt ərzində ciddi hazırlaşmalıyıq. Çünki “Xəzər Lənkəran” adi komandalardan deyil. Bu qarşılaşma mövsümün son oyunu olacaq. İstəyirik ki, bu mövsümü qələbə ilə başa vuraq. “Neftçi” ilə birinci mövsümümdə çempionluqla yanaşı kuboku da qazansam, bu lap əla olardı”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı