"Bu mövsüm yaxşı nəticələr əldə etmədik. Məqsədimiz Avropaya getmək və kuboku qazanmaq idi. Çempionatın əvvəlindən yaxşı başlamadıq. Ancaq sonradan özümüzü toplaya bildik. Heç kim ilk “altılığ”a düşəcəyimizi gözləmirdi. Biz bunu bacardıq. Əsas ümidimiz kuboka idi. Təəssüf ki, “Xəzər Lənkəran”a uduzmaqla avrokuboklarda iştirak etmək şansımızı itirdik”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Bakı”nın müdafiəçisi Şəhriyar Əliyev komandasının başa çatmaqda olan mömsümdəki çıxışını dəyərləndirərkən deyib.
“Qış fasiləsindən sonra komandamız yaxşı nəticələr göstərməyə başladı. İlk “altılıq”da da pis təsir bağışlamırdıq. Ancaq bütün gücümüzü kubok oyunlarına sərf etdik. Kubokdan əlimizi üzdükdən sonra isə komandamız ruhdan düşdü. İstər-istəməz futbolçularda əvvəlki kimi istək yox idi” – deyə o bildirib.
Ş.Əliyev uğursuz çıxışların səbəbini futbolçularda görüb: “Ola bilər ki, tez-tez baş məşqçi dəyişikliyi hardasa komadanın oyununa təsir etsin. Ancaq hər gələn məşqçi “Bakı” üçün ən yaxşısını edib. Bu yerdə olmağımızın səbəbini özümüzdə axtarmalıyıq".
Ş.Əliyev Topaz Premyer Liqanın 31-ci turunda “Qarabağ”a məğlub olduqları oyun haqda da danışıb: “İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Hesabı da biz açdıq. Ancaq “Qarabağ” üçün bu oyun daha vacib idi. Onlar “Neftçi”nin xal itirəcəyini də gözləyirdi. Hələ də çempionluğa şansları var idi. Ona görə də bütün güclərini ortaya qoydular. Buraxdığımız qolların üçü də öz səhvimizdən oldu. Son üç oyunda məğlub oluruq. Bunun da səbəbi odur ki, komandamız oyunlara motivasiya ola bilmir. Sona qədər mübarizə aparmaq üçün komandamızda psixoloji durum qaydasında deyil. Artıq gələn mövsümü düşünməliyik. İnşallah növbəti mövsümdə yenə çempionluq və avrokuboklara düşmək üçün mübarizə aparacağıq”.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi