Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının qaliblərinin əvvəllər olduğu kimi ayrıca xüsusi mərasimdə deyil, “Bakı” – “Neftçi” matçından sonra mükafatlandırmaqla bağlı verdiyi qərarın səbəbini açıqlayıb.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, əvvəllər mükafatlandırma mərasimini növbəti çempionat başlayanda keçirirdilər: “Ancaq belə olanda futbolçular üçün medalların dadı-duzu itir. Həm də bir çox əcnəbi oyunçu öz ölkəsinə və yaxud başqa komandaya gedir. Ona görə də belə qərara gəldik ki, çempionat bitən kimi bütün mükafatçılara eyni gündə medalları təqdim edək. Bu haqda rəhbərlik tərəfindən bizə çempionatın əvvəlindən tapşırıq verilmişdi. Ona görə də son turda oyunları fərqli vaxtlarda keçirilməsinə qərar verdik. Günün son oyununda - “Neftçi” – “Bakı” qarşılaşmasından sonra qaliblər mükafatlandırılacaq. Həmin gün eyni zamanda möhtəşəm konsert proqramı da nəzərdə tutulub. Konsertdə Röyanın ifası və atəşfəşanlıq olacaq”.
O qeyd edib ki, oyun saat 20:30-da başlanacaq, qarşılaşma bitən kimi mükafatlar təqdim olunacaq.
A.Şahgəldiyev aprel və may ayının ən yaxşı futbolçularının seçilməsi və mükafatlandırılması haqda da məlumat verib: “Məsləhətləşmə apardıqdan sonra qərara almışıq ki, aprel və may aylarının ən yaxşı futbolçularını eyni gündə mükafatlandıraq. Bu, eyni zamanda səmimi bir görüş xarakteri daşıyacaq. Tədbir bu ayın sonlarında baş tutacaq. Dəqiq vaxt hələ müəyyənləşməyib”.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi