"Barselona" klubu B komandasının futbolçusu Jerar Deulofeu ilə dörd illik müqavilə imzalayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, əslən fransız olan oyunçu 2017-ci ilə qədər katalon klubunun şərəfini qoruyacaq. Müqavilədə başqa klublara transfer olunacağı halda, Jerarı 35 milyon avro qiymət qoyulacağı haqda bənd də yer alıb.
Qeyd edək ki, 19 yaşlı futbolçu hücumçudur və “Barselona”nın gələcək ulduzlarından hesab olunur. O, əla driplinqlər, yüksək sürəti, lazımi məqamda dəqiq qol ötürməsi verməsi ilə diqqət çəkir.
Yeri gəlmişkən, hələ 2010/11-ci il mövsümündə “Barselona”nın o vaxtı baş məşqçisi Xosep Qvardiola o zaman cəmi 17 yaşı olan Dulofeuni əsas komandaya cəlb edib. Amma onun adı “Real” (Sosyedad) oyunun iştirakçıları sırasında olsa da, meydana buraxılmayıb.
Müqavilə ilə bağlı fikirlərini bildirən fransız futbolçu deyib ki, futbol zirvəsinə çıxmaq üçün əlindən gələni edəcək.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı