Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunun saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, R.Abışov rus dilində başa düşsə də, suallara tərcüməçi vasitəsi ilə cavab verib. O, futbola gəlişi, “Neftçi”yə keçidi haqda danışdıqdan sonra jurnalisti maraqandıran suallara cavab verib.
- Hansı oyunu daha çox xatırlayırsan?
- “Neftçi”ylə Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo” ilə oyunumuz maraqlı alındı. Təəssüf ki, növbəti mərhələyə vəsiqə qazana bilmədik. Amma ən ciddi zərbə Azərbaycan kubokunun finalındakı məğlubiyyət oldu. Həmin oyun hələ də gözümün önündə canlanır. Bu hadisə bizim ikinci çempionluğumuzu qazanmağımızdan sonra baş verdi. Mən şokdaydım. Hələ də həmin oyunu unuda bilmirəm. Mükafat yaxınımızdaydı, amma onu başımız üzərinə qaldıra bilmədik.
- Məgər, bu məğlubiyyət sizin “Neftçi”dən ayrılmağınıza səbəb oldu?
- Mən Bakıdan Lənkərana getdim. Orada iddialı klub yaradılıb, məşq üçün əla şərait var. Amma uşaqlıqdan televizorda Rusiya çempionatını izləyərdim və orada oynamaq arzum vardı. Hələ ötən il Kazan komandası ilə birgə təlim-məşq toplanışında iştirak etmişdim. Amma o vaxt “Xəzər Lənkəran” məni buraxmadı, transferimə veto qoydu. Bu, məni təəssüfləndirdi. Axı, Avroliqada “Neftçi” ilə “Rubin” eyni qrupda idi və mən keçmiş komandama qarşı oynaya bilərdim. Heyf ki, belə qarşılaşmanı televizorda izləyəsi oldum.
- Bu il sənin uşaqlıq arzun gerçəkləşdi və Rusiya çempionatında çıxış etməyə başladın. Debüt oyunun haqda nə deyərdin?
- “Amkar”la qarşılaşma ağır keçdi. Əvvəlcə oyunda üstün və qələbəyə yaxın idik. Amma matçın sonlarında qol buraxdıq. Debüt üçün yaxşı oyun olmadı. Amma inanıram ki, daha da inkişaf edib “Rubin”ə fayda verəcəyəm.
- Rusiya futbolu haqda fikrin necədir?
- Əlbəttə, meydanda olmaqla ona kənardan qiymət vermək arasında böyük fərq var. Mən öz təbrübəmdən deyə bilərəm ki, Rusiya çempionatı yaxşı inkişaf edir, hazırda yüksək səviyyədədir. Hazırda mn səylə çalışıb burada özümün ən yaxşı futbolumu göstərmək istəyirəm.
- Kazan sənə necə təsir bağışladı?
- Şəhər xoşuma gəldi. Hərçənd tikinti işlərinə görə burada çoxlu tıxac var. Amma yaxın vaxtlarda bu işlər yekunlaşacaq və Kazanda sakitlik yaranacaq. Tatarıstanın paytaxtında yaşamaq idmançı üçün rahatdır. Burada tikilən yeni stadionda beynəlxalq yarışları və Rusiya millisinin oyunlarını qəbul etmək olar.
- Yeri gəlmişkən, Rusiya və Azərbaycan milliləri dünya çempionatının seçmə mərhələsində eyni qrupda yarışırlar.
- Seçmə qrupumuz güclüdür, Rusiya millisi isə hazırda əşkar favoritdir. Məncə, Rusiya səfərdə Şimali İrlandiyanı məğlub edəcək. Amma komandanızı ən çətin oyun Azərbaycanda gözləyir. Yadınızdadırsa, bir neçə il əvvəl bizim komandalar Bakıda qarşılaşdı və oyun 1:1 hesabı ilə başa çatdı.
- Artıq neçə ildir Berti Foqtsun rəhbərliyi altında Azərbaycan millisində oynayırsan. Millidəki çıxışən və alman məşqçinin faəliyyəti haqda fikirlərin necədir?
- Millidə 2009-cu ildə Finlıandiya ilə matçda debüt etmişəm, bu günə qədər 32 oyun keçirmişəm. Gənc futbolçunun inkişafı üçün belə beynəlxalq təcrübə çox lazımdır. Axı mən digər ölkələrdə yeni stadionlar, yüksək səviyyəli futbolçular və azarkeşlər görmüşəm. Bütün bunlar dünya görünüşümü artırdı və mənə inkişaf etməyə imkan verdi. Top yığmalarla matçlar isə mənə lazımi təcrübə qazandırdı. Baş məşqçi mənəbir neçə dəfə kapitan sarğısını etibar etdi. Berti Foqts yığmamızı yeni səviyyəyə çıxartdı. Alman mütəxəssis bizə daha çox öz üzərimizdə fərdi qaydada işləməyi, güclü çempionatlarda oynamağı tövsiyə edir. Foqts hesab edir ki, yığma legionerlərin və onların beynəlxalq təcrübəsi hesabına inkişaf edə bilər. Mən də sonda onun məsləhətinə qulaq asaraq Rusiyada çıxış etməyə yollandım.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər