Bakının “İnter” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 30-cu turunda “Qarabağ”la vacib oyuna çıxdınız. Bu qarşılaşma haqda fikirlərini bilmək istərdik.
- Öz meydanımızda oynayırdıq. Qələbə qazanmaq üçün çox hazırlaşmışdıq. Oyun ərzində də buna çox çalışdıq. Baş məşqçimiz də bildirmişdi ki, qalib gəlmək üçün meydana çıxırıq. Çempionluq şansımız qalmadığından ikinci yer üçün mübarizə aparırdıq. Qələbə bizə çox vacib olsa, bunu bacarmadıq. Qol şanslarımız da az olmadı. Təəssüf ki, istifadə edə bilmədik.
- Bu qarşılaşma hər iki komanda üçün çox vacib olsa da, sanki ehtiyatlı oyuna üstünlük verirdiniz.
- Düzdür. Bizə daha çox qələbə lazım idi. Amma İki güclü komanda qarşılaşanda istər-istəməz ehtiyatlı oyun olmalıdır. Oyunun birinci hissəsində fərqli taktika ilə oynadıq. İkinci hissədə ənənəvi taktikamızı sərgilıdik. Lakin qol imkanlarından yararlana bilmədik. “İnter”in zəif cəhəti də məhz budur. Elə çempion olmamağımızın səbəbi də bu oldu. Bu problemi hücumçuların üstünə atmaq istəmirəm. Bütün futbolçularımızın yaxşı qol imkanları olur. Bəlkə də bu bəxtsizlikdir.
- Növbəti oyununuz “Simurq”ladır. Hər oyunda olduğu kimi yenə söz-söhbətlər var ki, “Simurq” ”İnter”ə üç xalı hədiyyə edəcək. Bu haqda nə deyə bilərsən?
- Onsuz da bu sözhbətlərə öyrənmişik. Deyirlər guya qardaş komandayıq. Artıq bu sözlərə əhəmiyyət vermirik. “Simurq”un demək olar ki, avrokuboklara düşmək şansı qalmayıb. Amma bu o demək deyil ki, onlara rahaq qalib gələcəyik. Əksinə “Simurq” bizə 0:5 hesabı ilə uduzduqları oyunun heyfini çıxmağa çalışacaq. Onlar dişlərin qıcayıb bizi gözləyir. Ona görə də bu oyuna ciddi hazırlaşırıq ki, ikinci yer uğrunda məqsədimizə çataq.
- “Neftçi” çempionluğa çox yaxındır. “Qarabağ” ikinci, “İnter” isə üçüncü pillədədir. Səncə, bu sıralanma ədalətlidir? Demək olarmı hər bir komanda layiq olduğu yerdədir?
- Birinci dövrədə xeyli müddət turnir cədvəlinin lideri olduq. Hamı deyirdi ki, “İnter” bu oyunla çempion olacaq. Baş məşqçimizin işini qeyd edirdilər. Ancaq “Neftçi” və “Qarabağ”la oyunlarda itirdiyimiz xallar çempionluğumuzun qarşısını aldı. Bu iki komandaya cari mövsüm qalib gələ bilməmişik.
- Elə bunu nəzərə alaraq demək olarmı hər üç komanda layiqli yerdədir?
- Hardasa razıyam, amma biz “Neftçi” və “Qarabağ”la oyunlarda onlardan geri qalmırdıq. Birinci dövrədə “Neftçi” ilə 1:1 hesabla oynayanda onlara 6:1 hesabı ilə qalib gələ bilərdik. Ancaq top qapıdan keçmirdi. Yəni oyunumuza söz ola bilməz. Sadəcə, qol imkanlarından istifadə edə bilməməyimiz bu yerdə olmağımıza səsəb oldu.
- Avrokuboklarda “İnter”dən hansı nəticəni gözləyək?
- Avroliqada iştirak edən hər bir komandanın arzusu ən azı qrup mərhələsinə düşməkdir. Əlimizdən gələni edəcəyik ki, qrup mərhələsində çıxış edək.
- Bunun üçün “İnter”in gücü yetərlidir?
- Düzdür, hazırda yaxşı futbolçularımız var. Amma Avropada oynamaq üçün güclü transferlər olunmalıdır. Bu heyətlə təsnifat mərhələsində bir neçə komandaya qalib gələ bilərik. Ancaq qrup mərhələsində güclü komandalar mübarizə aparır. Ona görə də baş məqşçimiz komandaya güclü futbolçular dəvət edəcək.
- Mövsümün sonu “İnter”lə müqavilən başa çatacaq. Komandada qalmaq fikrin var?
- İki klubdan təklif almışam. Amma müqaviləm başa çatmamış heç bir klubla danışmaq istəmirəm. “İnter”ə baş məşqçi Kaxaber Sxadadzeyə görə gəlmişəm. Çünki Sxadadze “Standart”da məşqçim olub. Hazırda oynadığım oyunu mənə o öyrədib. Demək olar ki, futbolun sirlərini ondan öyrənmişəm. Ona görə də baş məşqçimiz komandada qalsa, mən də qalacam.
- Sxadadze “İnter”dən getsə necə?
- Mənə elə gəlir ki, komandada qalacaq. Getsə, o barədə fikirləşəcəm.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu