Bu gün Topaz Premyer Liqada 29-cu tura yekun vurulub.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma baş tutub. Günün ən maraqla gözlənilən matçı “Qarabağ” – “Neftçi” oyunu idi. Bu komandalar bu mövsüm üç dəfə çempionatda, iki dəfə isə kubok oyunlarında üz-üzə gəlib. “Qarabağ” hər üç çempionat oyununda rəqibinə qalib gəlsə də, kubok oyunlarından Ağdam təmsilçisini məhz “Neftçi” kənarlaşdırıb. Bu, görüşün prinsipiallığını daha da artıran amillərdən idi. Həmçinin bu oyunu çempionluq üçün həlledici matç adlandırmaq olardı. Gərgin və maraqlı keçən oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə 60 xal toplayaraq ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 6-ya çatdıran "Neftçi" çempionluq yolunda böyük addım atıb. Sona üç tur qalmış altı xallıq fərqi aradan qaldırmaq isə “Qarabağ” üçün çətin görünür.
Digər oyunda çempionluqdan əlini üzmək üzrə olan “İnter” “Bakı”nı qəbul edib. “Bakı” isə Avrokuboklara vəsiqə qazanmaq üçün dördüncü yerə ümid edirdi. Lakin rəqibinə 1:2 hesabı ilə məğlub olan "Bakı"nın ümidləri bir az da azaldı. "İnter" isə bu qələbə ilə Avrokuboklara vəsiqəni təmin edib.
Daha bir görüş ikinci “alıtılıq”da keçirilib. “Sumqayıt” öz meydanında “Rəvan”ı qəbul edib və rəqibin iki oyunçusunun azlıqdan qalmasından maksimum yararlanaraq böyük hesabla qalib gəlib - 4:1.
4 may
17:00. “Sumqayıt” – “Rəvan” - 4:1
Qollar: Taner Taktak, 32 (1:0), Juan Manuel Varea, 34 (1:1), Ruslan Qurbanov, 52 (2:1), 89 (4:1), Can Akgün, 78 (3:1)
Qırmızı vərəqələr: Orxan Lalayev, 45 ("Rəvan"), Samuel Barlay, 71 ("Rəvan"), Ruslan Qurbanov, 90+3 ("Sumqayıt")
“Bayıl Arena” stadionu
19:00. “Qarabağ” – “Neftçi” - 1:2
T.Bəhramov adına Respublika stadionu
Qollar: Kanales, 22 (0:1), 84 (1:2), Riçard Almeyda, 72-pen (1:1)
21:00. “İnter” – “Bakı” - 2:1
“Şəfa” stadionu
Qol: Sxadadze, 33 (1:0), Roşa, 42 (2:0), Cavid Hüseynov, 55 (2:1)
3 may
17:00. “Turan” – AZAL - 0:2
18:00. "Simurq” – “Qəbələ” - 2:0
19:00.“Xəzər Lənkəran” – “Kəpəz” - 1:0
Turnir cədvəli
Bombardirlər
Nikolas Kanales (Neftçi) - 26 qol
Franko Nildo (AZAL) - 18 qol
Juan Manuel Varea (Rəvan) - 14 qol
Riçard Almeyda (Qarabağ) - 13 qol
Salif Ballo (Turan) - 10 qol
Pərdis Fərcad Azad (Sumqayıt) - 9 qol
Yuri Fomenko (İnter) - 8 qol
Baçana Sxadadze (İnter) - 8 qol
Zohair Benouahi (AZAL) - 7 qol
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?