Bu mövsüm Topaz Premyer Liqasının qalibi qızıl oyunda müəyyənləşə bilər. Qol.Az-ın məlumatına görə, yarışın bitməsinə dörd tur qalmış çempionluğa iki real namizəd var: “Neftçi” və “Qarabağ”. 28 turdan sonra paytaxt klubu 57, Ağdam təmsilçisi isə 54 xal toplayıb.
Bu həftə, mayın 4-də baş tutacaq 29-cu turda məhz bu iki komanda qarşılaşacaq. “Neftçi” qalib gələrsə və ya heç-heçə edərsə, çempionluğa bir addım da yaxınlaşacaq. “Qarabağ” qalib gələcəyi təqdirsə isə hər iki komandanın xalları bərabər olacaq, lakin öz aralarındakı oyuna görə Ağdam təmsilçisi liderliyə yüksələcək. Ümumiyyətlə, cari Premyer Liqada “Neftçi” - “Qarabağ” qarşılaşmalarında üstünlük Ağdam komandasının tərəfindədir.
Çempionluğa digər namizəd “İnter”in “Neftçi”dən yeddi xal geridə olduğunu nəzərə alsaq, son tura qədər birincilik uğrunda mübarizənin “Neftçi” və “Qarabağ” arasında gedəcəyi şübhə doğurmur. “Qarabağ” bu turda “Neftçi”yə qalib gəlsə xallar bərabərləşəcək, yuxarıda qeyd etdiyimiz kimi, Ağdam klubu liderliyə yüksələcək.
Amma əgər hər iki komanda bundan sonrakı üç turda ancaq qələbə qazanıb çempionatı eyni xalda başa vursa, o zaman öz aralarındakı oyuna görə üstün olan “Qarabağ” qalib hesab edilməyəcək, Azərbaycan Premyer Liqasının əsasnaməsinə görə, “Neftçi” ilə “Qarabağ” arasında “qızıl oyun” baş tutacaq.
Əgər üçüncü komandanın, məsələn” “İnter” də eyni xalı yığarsa, o zaman bu üç komanda arasında təzədən oyunlar keçiriləcək.
Qeyd edək ki, əsasnaməyə görə, komandaların xalları bərabərdirsə, onların öz aralarındakı oyunda üstün olan komanda qalib hesab olunur. Yox, əgər bu göstəricidə hesab bərabərdirsə, onda komandanın çempionatda qələbələrinin sayı əsas götürülür. Əgər qələbə sayı da eyni olursa, onda vurulan və buraxılan topların nisbəti əsas götürülür. Lakin bütün bunlar, son turda eyni xalla 1-2-ci yerləri bölüşdürən komandalara şamil edilmir və çempionu müəyyənləşdirmək üçün “qızıl oyun” keçirilir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?