“Bakı” klubu ölkə kubokunun yarımfinalında “Xəzər Lənkəran”a uduzub mübarizəni dayandırdıqdan sonra görüşün baş hakimi Elçin Məmmədovu qərəzli qərarlar verməkdə, hətta rüşvət almaqda günahlandırıb. Qol.Az-ın məlumatılna görə, “Bakı”nın iddialarına “Xəzər Lənkəran”ın baş məşqçi Con Benjamin Toşak klubun saytı vasitəsi ilə cavab verib.
“Mən “Bakı” tərəfinin bu açıqlamaları ilə tanış olub çox üzüldüm. Normal olaraq mən hakimlik haqqında heç zaman danışmıram. Amma əgər rəqibimiz hakimlərin bizə kömək etdiyini önə çəkirsə deyim ki, biz özümüz də hakimlikdən razı qalmadıq. Bircə şeyi vurğulayım ki, “Bakı” klubunun 5 nömrəli futbolçusu (Aqil Nəbiyev nəzərdə tutulur - red) iki dəfə simulyasiyaya əl atıb əlverişli hücumumuzun qarşısını aldı. Yan hakim bir dəfə real qol şansımıza mane olub oyundan kənar vəziyyət qeydə aldı. Mən cavab qarşılaşmasından sonra mətbuat konfransında dediyim fikirlərimə bir daha qayıtmaq məcburiyyətindəyəm – “Bakı” mərhələ adlamağı hələ ilk oyunda uduzmuşdu. Biz finala vəsiqəni futbolçularımızın alnının təri və azarkeşlərimizin gücü ilə qazandıq” – deyə o qeyd edib.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi