Rəşad Abdullayev: "Bu, son şansımızdır"

Rəşad Abdullayev: "Bu, son şansımızdır"
ÖLKƏ FUTBOLU 28 Aprel 2013 / 00:01 2872
-  A +

“Öz meydanımızda oynayacağıq. İstəyirik qələbə qazanaq. Bir neçə zədəli futbolçumuz var. Viktor Mendi, Amit Quluzadə və Ceyhun Sultanov zədə səbəbindən bizə kömək edə bilməyəcək. Amma onların yerinə çıxa biləcək oyunçularımız var. İnanıram ki, çıxıb meydanda özlərini göstərəcəklər. Artıq bu son şansımızdır. Azarkeşlər önündə mütləq qələbə qazanmalıyıq. Son oyunlarda komandamız yaxşı təsir bağışlasa da, qalib gələməyə yaxın olsaq da, sonda qələbəni əldən vermişik. Bu dəfə belə etmək istəmirik. Son oyunumuzda “Neftçi” ilə yaxşı mübarizə apardıq. Oyun baxımından komandamızdan razıyam. Sadəcə nəticə qalır. Bunu da “Qarabağ”la oyunda qazanmağa çalışacağıq”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ” klubunun kapitanı Rəşad Abdullayev Topaz Premyer Liqanın 28-ci turunda “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

“Qarabağ”da bir qədər psixoloji durub qaydasında olmaya bilər. Çünki “Neftçi” ilə son oyunda kubokdan əllərin üzdülər. Həmçinin rəqibdə yorğunluq da olacaq. Buna görə bir qədər şanslı tərəf ola bilərik" - deyə o qeyd edib.

R. Abdullayev “Qarabağ”ın əsas müdafiəçiləri Ansi Aqolli və Admir Telinin yoxluğunu ciddi itki adlandırmayıb:  “Düzdür, bu futbolçular “Qarabağ”ın təcrübəli və bacarıqlı müdafiəçiləridir. Ancaq rəqibin kifayət qədər ehtiyat qüvvəsi var. Onları əvəz edə biləcək futbolçuları yetərincədir. “Qarabağ”la  oyunumuz həmişə maraqlı və çətin alınır. Bu iki komanda arasında güclü mübarizə gedir.  Bilirik ki, onlara da bizim kimi qələbə lazımdır. Hətta bizdən də çox qələbəni düşünürlər. Kim güclüdürsə, o da qalib gələcək”.

Daha çox


Son xəbərlər