“Xəzər Lənkəran”ın baş məşqçisi Con BencaminToşak Topaz Premyer Liqasının 28-ci turunda AZAL-la matçdan bir gün öncə, klubun rəsmi saytına müsahibə verib. Təcrübəli mütəxəssis əvvəlcə “Bakı” ilə ölkə kubokunun cavab qarşılaşmasına və qarşıdakı oyunlara toxunub:
- Azərbaycan kubokunun finalına vəsiqə qazanmaq yolunda çox ağır bir matça çıxdız. Komandanın son oyunları məni razı salmasa da “Sumqayıt”la matçda futbolçularım məni az da olsa çıxışları ilə ümidləndirmişdi. Mən onlardan daha da artığını istəyərək “Bakı” ilə cavab qarşılaşmasında meydanda özlərinə inanıb vuruşmalarını istədim. Biz gözəl bilirdik ki, artıq çempionat oyunlarında iddiası qalmayan komanda olaraq ölkə kubokunun finalına vəsiqə qazanmaq komandamız və azarkeşlərimiz üçün nə qədər vacibdir. Bu mənada cavab qarşılaşmasında “Xəzər Lənkəran”lı futbolçuların nəhayət ki, verilən tapşırıqları düzgün yerinə yetirmələri, meydanda özlərinə güvənməklə vuruşmaları öz sözünü dedi. Açığı, mən buna yaxşı mənada təəccübləndim. Amma məni təəccübləndirən ən böyük hadisə azarkeşlərimizin dəstəyi idi. Son oyunlarda tərəfdarları üzdüyümüzdən onların da dəstəyini istədiyimiz kimi hiss etmirdik. Ancaq həmin gün onlar bizi çox vacib oyunda tək buraxmadılar. Mən, “Liverpul”da futbolçu kimi çıxış edərkən azarkeş dəstəyinin nə olduğunu yaxından hiss etmişəm. Sirr deyil ki, “Liverpul” tərəfdarları öz mükkəməl dəstəkləri ilə bütün dünyada seçilirlər. Amma sən demə onlardan geri qalmayan “Xəzər Lənkəran” azarkeşləri də varmış.
- Sizi ən çox tərəfdarların dəstəyi baxımından nə təəccübləndirdi?
- Onlarda qəribə bir sirr vardı. Elə dəstək verirlər ki, futbolçuları irəli atılmağa, qol vurmağa məcbur edirlər. Yəni arxadan güclü bir fırtına səni rəqib qapısına doğru sürükləyir. Bu futbolçularım kimi məni də çox məmnun etdi. Bir şey də var ki, onların tribunada sayı “Liverpul” tərəfdarlarının sayından az olsa da dəstəyin gücü eyni idi.
- Oyundan sonra keçirilən mətbuat konfransında komandanın azarkeşlərinə minnətdarlıq etməyiniz, qələbədə onların da payının olduğunu söyləməyiniz yəqin ki, söylədiklərinizə işarə idi.
- Yox, yox. Mən həmin gün, onlar haqqında daha artığını deməklə ənənədən qaça bilməzdim. Yəni ki, yanımda həmkarım da oturmuşdu və biz əsasən matç haqqında danışdıq. Çıxışımın sonunda azarkeşlərimizə minnətdarlıq etsəm də bu ürəyimdəkilərin hamısı deyildi. İndi isə hamısını ümumiləşdirib deyirəm - Siz möhtəşəm idiniz!
- Qarşıda çempionat oyunları və əlbəttə ki, ölkə kubokunun finalı var. Nələr sizi qayğılandırır?
- Məni qayğılandıran əsas məqam zədəli futbolçularla bağlıdır. Dünən komandamızın həkimi bununla bağlı ətraflı raport hazırlayıb. Əsas futbolçularımızdan 5-i hal-hazıda ciddi zədədən əziyyət çəkir. Amma biz irəli baxıb bütün çətinliklərə sinə gərməliyik. Tərəfdarlardan bizə inanmalarını istəyirəm. Artıq futbolçular son oyundakı dəstəkdən sonra çox ayılıblar və anlayırlar ki, belə azarkeşləri üzmək olmaz. Onlar üçün daha artığını etməliyik. Bu gün klub rəhbərliyi də komandaya lazım olan bütün dəstəyi əsirgəmir. Ümid edirəm sonda hər şey bizim hamımızın istədiyi kimi olacaq.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"