"Kubokdan əlimizi üzməyimiz o demək deyil ki, hər şey qurtardı"

"Kubokdan əlimizi üzməyimiz o demək deyil ki, hər şey qurtardı"
ÖLKƏ FUTBOLU 26 Aprel 2013 / 19:00 3824
-  A +

“Bakı” klubunun müdafiəçisi Şəhriyr Əliyevin Qol.Az saytına müsahibəsi

- Azərbaycan kubokunun yarımfinalında “Xəzər Lənkəran”la qarşılaşdınız. Hesabda irəli olduğunuzdan şanslı tərəf olsanız da, məğlub olaraq mübarizəni dayandırdınız. Bunun səbəblərini nədə görürsən?

- Deyərdim ki, bəxtimiz gətirmədi. Çünki çoxlu sayda qol imkanlarımız olsa da, top qapıdan keçmirdi. Rəqib isə əlinə düşən imkanlardan yaxşı istifadə etdi.

- Düşünmürsən ki, “Xəzər Lənkəran” ”Bakı”dan yaxşı təsir bağışladı?

- Deməzdim ki, rəqib bizə hansısa komponentdə üstələdi. Ola bilər ki, onlar oyuna daha yaxşı köklənmişdi. Buna görə də meydanda bizdən istəkli görünə bilərdilər. Ancaq biz də sona qədər mübarizə apardıq.

- Ola bilərmi “Xəzər Lənkəran”a elə birinci oyunda uduzdunuz. Çünki xeyli qol imkanlarından istifadə etmədiniz.

- Belə deməzdim. Düzdü, səfər oyununa daha yaxşı hesabla getməliydik. Bunun üçün də imkanımız var idi. Amma neyləmək olar. Lənkərana elə də pis hesabla getməmişdik. Ən azından birinci oyunda qapımızı toxunulmaz saxlamışdıq. Mən deyərdim ki, finala çıxa bilməməyimiz elə cavab oyunundan asılı oldu.

- Birinci qolda qapıçının kobu səhvi də sizi ruhdan saldı. İlk oyunda Kamran Ağayev yaxşı çıxış etmişdi. Cavab oyununda niyə Kamran oynamadı?

- Bu, mənim səlahiyyətimdə olan iş deyil. Deyə bilmərəm baş məşqçi niyə onu meydana buraxmamışdı.

- Buna sonra çempionat oyununa necə həvəslə yanaşırsınız?

- Bizim kubokdan əlimizi üzməyimiz o demək deyil ki, hər şey qurtardı. Hələ avrokuboklara getmək üçün şansımız var. Əlimizdən gələni edəcəyik ki, ən azı dördüncü yeri tutaq. Qarşıdan “Simurq”la oyunumuz gəlir. Deməzdim ki, komandamızın əhval-ruhiyyəsi yüksək səviyyədədir. Lakin kubok oyunlarında mübarizəni dayandırdığımız üçün bütün gücümüzü “Simurq”la və digər oyunlarda sərf edəcəyik. Dördüncü yeri tutmaqla avrokuboklara gedə bilərik.

Ramiq AĞAMƏMMƏDOV

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi