“İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Son turda “Simurq”a böyük hesabla qalib gəldiniz. Oyun haqqında nə deyə bilərsən?
- Sarı vərəqə limitinə görə oyunu buraxmalı oldum. Komandamızın oyunu göz qabağındadır. "Simurq"a 5:0 hesabı ilə qalib gəlməyimiz hər şeydən xəbər verir. Rəqibdən birbaş üstün oynadıq.
- Həmişə olduğu kimi bu oyundan sonra da “Simurq”un qəsdən “İnter”ə üç xal verməsilə bağlı söz-söhbətlər səngimir.
- Bunlar hamısı boş söhbətlərdir. Bir komanda qəsdən öz qapısından beş top buraxar? Uzağı 0:1 uduzardılar. Belə böyük hesabla uduzmağı heç bir komanda özünə sığışdırmaz.
- Deyilənə görə, “İnter”in top fərqini də yaxşılaşdırmaq üçün bu hesabla uduzublar.
- Bizim çempionatda top fərqi nəzərə alınmır. Bunlar hamısı “İnter”in uğurlarına kölgə salmaq üçün uydurmalardır.
- Bəs qapısından həmişə az top buraxan “Simurq”un belə hesabla uduzmağının səbəbi nə oldu?
- Yəqin ki, oyuna yaxşı hazırlaşdığımız üçün, həm də erkən qol vurduq. Son oyunlarda qələbənin nə qədər vacib olduğunu yaxşı dərk edirik. Ona görə bütün oyunlara qol vurmaq, qalib gəlmək üçün çıxırıq. Hər bir komanda ilə qarşılaşanda çoxlu qol imkanlarımız olur. Sadəcə “Simurq”la oyunda bu imkanlardan istifadə edə bildik. Həm də rəqibin bir futbolçusunun qırmızı vərəqə alması, onlara hərtərəfli mənfi təsir etdi.
- Qarşıdan “Neftçi” ilə çətin oyununuz gəlir. Bu mövsüm “Neftçi”yə qalib gələ bilmirsiniz. Yəqin ancaq qələbə haqda düşünürsünüz.
- Çalışıb bu oyunda qələbə qazanmalıyıq. Başqa yolumuz yoxdur. Elə fikirləşirəm ki, çempionluq bu oyundan asılıdır. Çempion olmaq istəyiriksə, qalib gəlməliyik. Demək olar ki, bu oyunu udsaq, çempionuq, uduzsaq, çempionluğu əldən vermiş olacağıq. Bunları bütün komandamız yaxşı dərk edir. Ona görə də, oyuna çox ciddi hazırlaşırıq.
- Sizdən fərqli olaraq “Neftçi” kubokda da mübarizə aparır və komandada yorğunluq hiss olunacaq. Bu, hardasa şanslarınızı artıra bilər?
- Əlbəttə, “Neftçi” neçə vaxtdır ki, sıx qrafiklə oynayır. İki gün əvvəl “Qarabağ”la çətin oyunları olub. Bizimlə müqayisədə onlarda yorğunluq olacaq. Çalışacağıq ki, bundan istifadə edək. Bu mövsüm nədənsə “Neftçi”yə qalib gələ bilmirik.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır