Bu gün, aprelin 26-da Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin 50 yaşı tamam olur. 1963-cü ilin bu günü Gürcüstanın Bolnisi İncəoğlu rayonunda anadan olan R.Musayev bir zamanlar hüquq-mühafizə sistemində çalışsa da, cəmiyyətdə o, daha çox futboldakı fəaliyyəti ilə tanınmağa başladı. Əvvəlcə “Neftçi” klubunun vitse-prezidenti işləyən R.Musayev 2008-ci ildə yaradılan Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçildi.
Təbii ki, yubileyi günü R.Musayevin işgüzar faəliyyətinə çox toxunmaq istəmirik. Halbuki onun Azərbaycan futbolunun, futbol üzrə ölkə çempionatının səviyyəsinin artmasındakı xidmətləri az deyil. Amma bu, başqa bir yazının mövzusudur. Odur ki, yubileyi günü R.Musayevlə bağlı fikirlərini bildirmək üçün ziyalılara, futbol adamlarına, media nümayəndələrinə müraciət etdik.
Aqil Abbas, millət vəkili:
- Əvvəla onu qeyd edim ki, Ramin müəllim gözəl insan və gözəl dostddur. İndi o iki igid ömrü yaşayır, mən ona daha iki igid ömrü arzulayıram, 100 yaşasın! Ramin müəllimin Azərbaycan futbolunun inkişafında özünəməxsus rolu var. O, Azərbaycan futbolunu dərindən bilən çox az mütəxəssislərdən biridir. Futbol mədəniyyəti, futbolumuzu, futbolumuzun inkişafı üçün əlindən gələni əsirgəməyən bir insandır. Mən Ramin müəllim kimi insanları çox sevirəm. Biz həm də dostuq. Mən bu gözəl gündə bayaq dediyim kimi, ona daha iki igid ömrü arzulayıram. Bundan sonrakı ömrünü də Azərbaycan futboluna, balalarına həsr etsin. Ramil müəllim özüdə əslində keçmiş hüquq-mühafizə orqanı işçisidir və dəmir intizamı oradakı görüb, o dəmir intizamı da çalışır ki, futbolumuza tətbiq eləsin. Yəni Azərbaycan futbolunda bir intizam olsun, futbol üçün bir qanunauyğunluq olsun. Və mən bu işdə ona uğurlar arzulayıram.
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi
- İlk novbədə Ramin müəllimi təbrik edirik. Ona uzun ömür, can sağlığı uğurlar arzulayıram. Ramin müəllim çox möhkəm, dözümlü və güclü insandır. Son vaxtlar bir az yüngül xəstəlik keçirmişdi, amma şükürlər olsun, indi hər şey yolunda, hər şey qaydasındadır. Ona hazırda ən vacib can sağlığı arzulayıram. İnşallah hər nə olub, hamısı qalsın arxada və əlbəttə ki, nə qədər daima gücü var ailəsinin başında və futbolumuzda olmağısı arzu edirəm.
Ramin müəllimin mənim bir məşqçi kimi yetişməyimdə böyük rolu var. Hələ mən “Neftçi”də oynayanda o, bu klubun vitse-prezidenti idi. Elə oldu ki, məşqçi təcrübəm olmadan – klubun o vaxtkı prezidenti Rövnəq Abdullayevin razılığı ilə - məni baş məşqçi təyin etdilər. Mənim məşqçilik karyeram burdan başladı. Həqiqətən mənim məşqçilik karyeramda Ramin Musayevin böyük və mühüm rolu olub. Ona görə də bu fürsətdən istifadə edib ona təşəkkürümü bildirirəm. Ümumiyyətlə, o, təkcə mənə yox, ki, kimin perspektivi, bacarığı varsa – bu, təkcə futbol sahəsinə aid deyil - onlara yaxından kömək etməyə çalışır.
Tahir Süleymanov, “Neftçi”nin vitse-prezidenti:
- Klubumuzun bütün rəhbər, məşqçi, futbolçu heyəti adından 50 illik yübileyi münasibəti ilə Ramin Musayevi təbrik edirik. 50 elə yaşdır ki, cavanlığın sonu, qocalığın cavanlığına qədəm qoyur. Futbola gəldikdə, söhbət «Neftçi» klubundan gedirsə, Rövnəq Abdullayev «Neftçi»yə rəhbərlik etdiyi dönəmdə və Ramin Musayev viste-prezidentliyi dövrundə böyük uğurlar qazanıblar, «Birlik» Kubokunun qalibi olublar və önəmli tarixi gün -düşmənlərimiz üzərində qələbə heç vaxt azarkeşlərin yaddaşından silinməz. Ramin müəllim hazırda Peşəkar Futbol Liqasına rəbərlik edir və bu çox ağır bir sahədir.
İlk növbədə ona cansağlığı arzu edirəm. Peşəkar Futbol Liqası klubların birliyi deməkdir, klubları təmsil edirlər. Arzulayıram ki, Ramin Musayev öz sağlamlığını qorusun, klublarımızın Avropadakı uğurlarını izləsin, gündən-günə futbol inkişaf etsin. Bu da mənə elə gəlir ki, Ramin Musayevin bu gün fəaliyyət göstərdiyi Peşəkar Futbol Liqasının əsas hədəflərindən biridir.
Emil Hüseynli, Trend İnformasiya Agentliyinin Azərbaycan Redaksiyasının rəhbəri
- Filosoflardan birinin belə bir fikri var. "Həm gözəl insan olmaq, həm işə yaramaq - böyük insan olmaq deməkdir". Ramin Musayev hər iki xüsusiyyəti özündə cəmləşdirib. Mən Ramin Musayevi hələ "Neftçi" klubunda çalışdığı dövrdən tanıyıram. Həmin dövrdən onun futbola bağlılığına bələdəm.
Onun xarakteri, xüsusiyyəti imkan verir ki, işində peşəkar olsun. Bu baxımdan Ramin Musayev öz işində peşəkardır. Ona görə də Azərbaycanın müasir futbolunun inkişafında öz töhfəsini verib və inanıram ki, bundan sonra da milli futbolumuzun dünya arenasında daha yaxşı təmsil olunması üçün bacarığını, biliyini ortalığa qoya biləcək.
50 illik ömür yolu keçən Ramin Musayev üçün məncə ötən illəri mənalı və rəngarəng olub. Ailəsinə və işinə bağlı olan insan üçün başqa cür də ola bilməz.
Dövləti, xalqı ilə nəfəs alan hər bir insan daha çox yaşamağa borcludur. Arzu edirəm ki, yaşayacağı ömrünə əlavə rənglər qatmağı bacarsın. Bu arzunun gerçəkləşdirilməsi isə Ramin Musayevin öhtəsinə buraxıram. Ramin muallimin doğum gününü təbrik edirəm!
Bəxtiyar Məmmədli
“525-ci qəzet”
"Monako" onunla müqaviləni uzatdı
"Yamalın etdikləri adamı qorxudur" - "Real"ın futbolçusu
Millimiz Qazaxıstana uduzdu
"Kəpəz"in "Neftçi" üzərində qələbəsi - Video
Poqba futbola qayıdır
"Neftçi"nin sabiq futbolçusundan tənqid
"Borussiya"da itki
"Neftçi"dəki işimə görə pərişan deyiləm" - Qriqorçuk
"Bundan sonra daha yaxşı oyunlarımız olacaq" - Azər Bağırov
"Kəpəz" "Neftçi"yə 4 qolla qalib gəldi
“Real”da vəziyyət yaxşı görünmür" - Toni Kroos
"Qəbələ"in "Bakı Sportinq" üzərində qələbəsi - Video
1-ci Liqa: "Qəbələ" səfərdə qalib gəldi
"Haaland vəhşidir"
“Kəpəz" - "Neftçi": Heyətlər
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Erik Ten Haqın əvəzləyicisi tapıldı
Ramos "Yuventus"da?
Türkiyə millisinin heyəti müəyyənləşdi
Azərbaycan yığması Avro-2025-ə ilkin mərhələdən başlayacaq
Millimiz UEFA İnkişaf Turnirində son oyununa çıxır
Kökçünün komandasından məğlubiyyət
"Qəbələ"də ayrılıq
Azərbaycan millisinin heyəti açıqlandı
Okan Buruk üzr istədi
Azərbaycan millisi Türkiyəyə qarşı
"Beşiktaş"ın "Ayntraxt"a məğlubiyyəti - Video
Azərbaycan UEFA reytinqində gerilədi
"Qalatasaray" 1 xalı belə qazandı - Video
Santuş bu gün millimizin heyətini açıqlayacaq
Respublika Stadionundakı 3 qol - Video
"Qarabağ" Avropa Liqasında neçəncidir?
Sumqayıtda şotlandlar qalib gəldi