Bu gün Topaz Premyer Liqanın 26-cı turunun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turun ikinci oyun günündə dörd qarşılaşma baş tutub ki, bunlardan üçü ilk "altılıq" komandaları arasında keçirilib. Günün ilk oyununda "Qəbələ" "Bakı"nı qəbul edib. Son vaxtlar heç də yaxşı təsir bağışlamayan "Qəbələ" yeni məşqçi Luis Araqonun başçılığı ilə ilk qələbəsini qazanmağa çalışsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. 90+3-cü dəqiqdə "Bakı" penalti qazanıb və zərbəni dəqiq yerinə yetirən Rauf Əliyev komandasını məğlubiyyətdən qurtarıb - 1:1
Digər oyunda "Qarabağ" "İnter"i qəbul edib. Turnir cədvəlinin ikinci və üçüncü pillələrində yerləşən bu komandaların qarşılaşmaları mərkəzi oyun hesab olunurdu. Gərgin və maraqlı keçən oyunda qapılara beş qol vurulub. Oyun Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsilə bitib. Bununla da "Qarabağ" turnir cədvəlində "İnter"i qabaqlayaraq ikinci pilləyə yüksəlib.
Daha bir oyun "Turan"la "Xəzər Lənkəran" arasında keçirilib. Bu, oyun "Turan"ın Premyer Liqada qalması üçün son şanslarından hesab olunurdu. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu Tovuz təmsilçisini bir qədər ümidləndirib.
Günün son matçına da maraq böyük idi. Zaqatalada baş tutan oyunda turnir cədvəlinin lideri "Neftçi" "Simurq"un qonağı olub. Son oyunda "Qarabağ"a məğlub olan "ağ-qaralar" səfərdə qalib gələrək bu məğlubiyyəti unutdurmağa çalışacaqdı. "Neftçi" Zaqatlaya bir sıra itkilərlə getməklə yanaşı, 10 oyunluq cəzalandırılan baş məşqçi Böyükağa Hacıyev də komandaya rəhbərlik edə blməyib. "Simurq"a 1:0 hesabı ilə qalib gələn "Neftçi" 51 xalla turnir cədvəlində liderliyini qoruyur.
Tura aprelin 14-də keçiriləcək "Sumqayıt" - AZAL oyunu ilə yekun vurulacaq.
13 aprel (şənbə)
18:00. “Simurq” – “Neftçi” - 0:1
Qol: Julius Vobay, 50 (0:1)
Zaqatala şəhər stadionu
15:00. “Qəbələ” – “Bakı” - 1:1
Qəbələ şəhər stadionu
Qollar: Viktor Mendi, 29 (1:0), Rauf Əliyev, 90+3-pen (1:1)
17:00. “Qarabağ” – “İnter” - 3:2
Qollar: Maksim Medvedev, 26 (1:0), Vüqar Nadirov, 47 (2:0), Yuri Fomenko, 53 (2:1), Fuad Bayramov, 56 (2:2), Emeka Opara, 79 (3:2)
T.Bəhramov adına Respublika stadionu
17:00. “Turan” – “Xəzər Lənkəran” - 2:2
Qollar: Antonio Rukavina, 22 (1:0), Elnur Abdullayev, 42 (1:1), Robert Alviz, 65-pen (1:2), Ender Günlü, 69 (2:2)
Dalğa Arena stadionu
14 aprel (bazar)
17:00. “Sumqayıt” – AZAL
Bayıl Arena stadionu
12 aprel (cümə)
17:00. “Rəvan” - “Kəpəz” - 3:0 (İkinci hissə)
Qol: Varea, 44 (1:0), 55 (2:0), Tofiq Mikayılov, 58 (3:0)
Bayıl Arena stadionu
Turnir cədvəli
Bombardirlər:
Nikolas Kanales (Neftçi) - 21 qol
Franko Nildo (AZAL) - 14 qol
Juan Manuel Varea (Rəvan) - 13 qol
Riçard Almeyda (Qarabağ) - 11 qol
Salif Ballo (Turan) - 9 qol
Pərdis Fərcad Azad (Sumqayıt) - 9 qol
Zohair Benouahi (AZAL) - 7 qol
Baçana Sxadadze (İnter) - 7 qol
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?